Modern.az

ASEAN ölkələrindən Şimali Koreyaya xəbərdarlıq

ASEAN ölkələrindən Şimali Koreyaya xəbərdarlıq

5 Avqust 2017, 17:38

Filippinin paytaxtı Manilada təşkil edilən Cənubi-Şərqi Asiya Dövlətlər Assosiasiyasının (ASEAN) zirvəsində üzv ölkələrin xarici işlər nazirləri qitələrarası ballistik raket sınaqları keçirən Şimali Koreyaya xəbərdarlıq edib və ortaq bəyanat yayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatda ballistik mərmi sınağının yaratdığı gərginlikdən narahatlıq ifadə edilərək, bunun bölgədə və dünyada sülh və sabitliyi təhdid etdiyi vurğulanıb.

Şimali Koreyanı BMT-nin qərarlarını yerinə yetirməyə çağıran bəyanatda həmçinin ASEAN ölkələrinin Koreya yarımadasında sülhün bərqərar olması üçün konstruktiv rol oynamağa davam edəcəyi bildirilib.

Digər tərəfdən xarici işlər nazirləri  Şimali Koreyanın ASEAN Regional Təhlükəsizlik Forumundan çıxarılması mövzusunda razılığa gəlməyib.

Filippin xarici işlər naziri Alan Peter Kayetano ABŞ-ın irəli sürdüyü təklifin mübahisəli qaldığını və bunun yerinə Şimali Koreyaya qarşı sanksiyaların gündəmə gəldiyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir