Modern.az

"Nüvə razılaşmasının şərtinin pozulması cavabsız qalmayacaq" - Həsən Ruhani

"Nüvə razılaşmasının şərtinin pozulması cavabsız qalmayacaq" - Həsən Ruhani

Dünya

5 Avqust 2017, 20:32

İranın 12-ci prezidenti Həsən Ruhani andiçmə mərasimindən sonra bir sıra maraqlı açıqlamaları ilə diqqəti cəlb edib. Modern.az İran mediasına istinadən xəbər verir ki, prezidentin sözlərinə görə,  digər ölkələrlə əlaqələrinin genişləndirilməsi nəinki İranın seçimidir: "Bu hətta qlobal təhlükəsizliyin təmin olunmasından irəli gələn zərurətdir. Dünya ölkələri ilə konstruktiv əlaqələr, qonşu və region ölkələri ilə əlaqələrin dərinləşməsi, dost dövlətlərlə əməkdaşlıq səviyyəsinin artırılması İran üçün beynəlxalq təhlükəsizlikdən irəli gələn zərurətdir. Rəsmi Tehran nüvə razılaşmasının istənilən şərtinin pozulmasını cavabsız qoymayacaq. İran heç bir halda şərtləri ilk pozan tərəf olmayacaq".

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir