Modern.az

Deputat Rüfət Quliyev daimi komissiyanın sədr müavini seçilib

Deputat Rüfət Quliyev daimi komissiyanın sədr müavini seçilib

19 May 2011, 15:39

May ayının 15-17-də Rusiya Federasiyasının  Sankt-Peterburq  şəhərində MDB Parlament Assambleyasının 36-cı iclası keçirilib. Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iclasda iştirak edib.

Modern.az-ın məlumatına görə, Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq Daimi Komissiyasının  iclasında  Rüfət Quliyev yekdilliklə bu komissiyanın sədr müavini seçilib.

O, həmçinin   komissiyada müzakirə olunan 15 məsələdən 4 üzrə çıxış edib və Azərbaycan həqiqətlərini iclas iştirakçılarının nəzərinə çatdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər