21 avqust 2017, Bazar ertəsi
Ana Səhifə - DÜNYA - 6 avqust 1945-ci il - 45 saniyə gecikən təyyarə və 300 min insan taleyi...
6 avqust 1945-ci il - 45 saniyə gecikən təyyarə və 300 min insan taleyi...
05.08.2017, 23:00

Bəşər tarixinin ən dəhşətli hadisələrindən biri Yaponiyaya üç gün ərzində iki dəfə atom bombasının atılmasıdır. 6 avqust 1945-ci ildə atom bombası Xirosimaya, həmin tarixdən üç gün sonra isə 9 avqust tarixində Naqasakiyə atılıb. Yaponiyanı müharibədə təslim etmək üçün məhz bu vasitədən istifadə edilib.


Modern.az saytı bu yazıda dünya tarixinin ən qara səhifələrindən birinə ekskurs edir.


14 avqust 1945-ci ildə çıxılmaz vəziyyətdə qalan Yaponiya təslim olmaq məcburiyyəti qarşısında qalıb. Yaponiya imperatoru Hirahito amerikalı general Duqlas Makarturla İkinci Dünya Müharibəsinin sona çatmasını rəsmiləşdirən və təsdiqləyən müqaviləni imzalayıb.

Təbii ki, digər tərəfdən də Amerika Birləşmiş Ştatları öz hərbi qüdrətini dünyaya nümayiş etdirmək üçün bu dəhşətli olaya imza atıb.

Atom bombasının Yaponiyaya atılması nəticəsində Xirosimada 140 mindən çox insan həlak olub. Naqasakidə isə nüvə silahının qurbanlarının sayı 160 mindən artıqdır.

Həmin hadisələrin birbaşa iştirakçısı və icraçısı olan, avqustun 6-da birinci atom bombasını daşıyan “Enola Gay” təyyarəsinin 12 nəfərlik heyət üzvündən biri və ən uzunömürlüsü Teodor Van Kirk olub. 1921-ci ildə Amerikada anadan olan Van Kirk Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələrində xidmət edib. Kapitan rütbəsinə yüksələn Van Kirkin 1942-1944-cü illərdə Amerikanın hüdudlarından uzaqlarda 58 hərbi döyüş uçuşu olub. 1944-cü ilin noyabr ayından isə Yaponiyada keçiriləcək əməliyyata hazırlıq təlimlərinə başlayıb. Teodor Van Kirk öz xatirələrində həmin günü belə xatırlayıb:

“1944-cü ilin sonlarından biz Yuta ştatında xüsusi təlimlərə başlamışdıq. Bu təlimlər tam məxfi keçirilirdi. 12 nəfərdən ibarət heyət üzvləri bu təlimlərin ciddi və xüsusi olduğunu dərk edirdilər. Heç kim atom bombası sözünü dilə gətirmirdi və bu haqda bizə məlumat verilmirdi. Keçiriləcək əməliyyata məsul olan yüksək çinlilər sadəcə bizə söyləyirdilər ki, təyyarədə apadığınız hərbi sursat bütöv bir şəhəri məhv edəcək. Təlimlərdə tez-tez alimləri də görürdük. Sözsüz ki, biz yaxşı başa düşürdük ki, nəzərdə tutulmuş hədəfə atom bombası atmalıyıq. Avqustun 5-də Tinian adasında sonuncu əməliyyat müşavirəsi keçirildi. Müvafiq göstərişlər və tapşırıqlar verildikdən sonra bizə dedilər ki, indi gedib yaxşıca dincəlməlisiniz. Təyyarənin bortunda atom bombası olan heyət üzvləri yata bilərdimi? Sözsüz ki, yox. Düz uçuş başlanana qədər poker oynadıq. Avqustun 6-da saat 2.45-də adadan hədəfə doğru uçuşa başladıq. 2800 km məsafə qət etməliydik. Lazım olan yerə cəmisi 45 saniyə gecikmişdik. Bu çox yaxşı göstərici idi. Mən saat 9.15-də bort jurnalında qeydiyyat apardım: “Saat 9.15. Atom bombasını atırıq”.
43 saniyədən sonra Xirosima şəhərinin 580 metr hündürlüyündən bombanı aşağı buraxdıq və dərhal təyyarəni sürətli sıçrayışla daha hündürlüyə qaldırdıq. Bir göz qırpımında baş verən dəhşətli partlayışı hamımız hündürlükdən seyr edə bildik. Partlayışın tükürpədici səsindən isə bizə elə gəldi ki, təyyarə parça-parça olacaq. Əməliyyat uğurla başa çatmışdı. Möhkəm yorulmuşdum. Geri qayıdan kimi rahat yatdım...”.


Ömrünün son illərinə qədər Van Kirk müntəzəm olaraq jurnalistlərlə həmsöhbət olub, onların suallarına cavab verməkdən
yayınmayıb.

- Keçirdiyiniz əməliyyat neçə-neçə insanın həyatına son qoyacağını biləndə hansı hissləri keçirirdiniz? – sualını Van Kirk belə cavablandırıb:

“Mən öz dövlətimin mənafeyini qoruyurdum. Mənim üçün ən başlıca şərt döyüş tapşırığını lazımınca yerinə yetirməkdir. Digər bir tərəfdən müharibənin qurbanları olmalıdır. Siz mənə müharibə etməyin elə bir yolunu göstərin ki, orda insan ölümü olmasın...”.

- Bu əməliyyatda iştirakınıza görə təəssüf və peşmançılıq hissləri keçirirsinizmi? – sualına isə Van Kirk belə cavab verib:

“Qətiyyən. Mən qürur hissi duyuram ki, məhz bu əməliyyatın iştirakçısı olmuşam. Müharibə avqustun 14-də sona çatdı. Biz atom bombasını atmasaydıq kim bilir bu savaş nə vaxt qurtaracaqdı. Əslində, nəticə etibarı ilə bu atom bombası çox insanların həyatını xilas etdi. Kim deyə bilər ki, müharibə davam etsəydi həlak olanların sayı nə qədər olacaqdı. Mən o səhnələri görməyi heç kimə arzulamıram. Birinci atom bombasını biz atdıq. Dua edirəm ki, bir daha bu təkrarlanmasın. Hərçənd ki, buna inanmıram...”.

Teodor Van Kirk hərbi xidmət illərində bir sıra orden və medallarla təltif edilib. O, 1946-cı ildə Amerika Birləşmiş Ştatlarının Hava Hücumu Qüvvələrindən zabit kimi ehtiyata buraxılıb. 1949-1950-ci illərdə Baknell universitetində təhsil alıb. Sonralar isə müxtəlif təşkilatlarda mühəndis texnik kimi fəaliyyətini davam etdirib.


Van Kirk 2007-ci ildə Yaponiyaya atom bombasını aparan “Enola Gay” təyyarəsinin bort jurnalını hərraca çıxarıb. Tarixi jurnal 358 min 500 amerika dollarına alınıb. Bu qədər gəlirin əldə olunmasına baxmayaraq Van Kirk 93 yaşında qocalar evində vəfat edib.

“Enola Gay” təyyarəsi isə hal-hazırda Amerika Birləşmiş Ştatlarının Aviasiya və Kosmonovtika Milli Muzeyində saxlanılır.


İlham Cəmiloğlu
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Hacıqabulda yük maşını aşıb, bir nəfər xəsarət alıb
21.08.2017, 18:58

Hacıqabulda yük maşını aşıb, bir nəfər xəsarət alıb

Rostovda fövqəladə vəziyyət elan edilib
21.08.2017, 18:46

Rostovda fövqəladə vəziyyət elan edilib

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
21.08.2017, 18:36

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

“Dövlət Departamentinin hesabatında həqiqəti əks etdirməyən məlumatlar var” 
21.08.2017, 18:26

“Dövlət Departamentinin hesabatında həqiqəti əks etdirməyən məlumatlar var” 

"İçərişəhər" Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib
21.08.2017, 18:21

"İçərişəhər" Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib

Samuxda çoxmənzilli binaların əsaslı təmirinə vəsait ayrıldı
21.08.2017, 18:14

Samuxda çoxmənzilli binaların əsaslı təmirinə vəsait ayrıldı

Prezident Göygölə 3 milyon manat ayırdı
21.08.2017, 18:07

Prezident Göygölə 3 milyon manat ayırdı

Ali məktəblərin boş qalan yerlərinə müsabiqənin nəticələri AÇIQLANDI
21.08.2017, 17:54

Ali məktəblərin boş qalan yerlərinə müsabiqənin nəticələri AÇIQLANDI

Türkiyədə fəaliyyədə olan təşkilat Milli Məclisin deputatını təltif etdi
21.08.2017, 17:52

Türkiyədə fəaliyyədə olan təşkilat Milli Məclisin deputatını təltif etdi

Jurnalistlər “İlham Əliyevin dostları” səhifəsi yaradıblar
21.08.2017, 17:48

Jurnalistlər “İlham Əliyevin dostları” səhifəsi yaradıblar

Şuşalıların müraciəti yayıldı
21.08.2017, 17:32

Şuşalıların müraciəti yayıldı

1993-cü ilin 21 avqustunda FÜZULİ: “32 tankdan 26-sı işləmədi” - Keçmiş tabor komandiri DANIŞIR
21.08.2017, 17:12

1993-cü ilin 21 avqustunda FÜZULİ: “32 tankdan 26-sı işləmədi” - Keçmiş tabor komandiri DANIŞIR

Avqustun 22-nə manatın məzənnəsi
21.08.2017, 17:12

Avqustun 22-nə manatın məzənnəsi

“Şəmkir Aqroparkı”nda beynəlxalq konfrans - FOTO
21.08.2017, 17:02

“Şəmkir Aqroparkı”nda beynəlxalq konfrans - FOTO

53 yaşlı baş redaktor: “Duyğulandım”
21.08.2017, 16:57

53 yaşlı baş redaktor: “Duyğulandım”

Dilqəmlə Şahbaz girovluqdan buraxılacaq?   
21.08.2017, 16:52

Dilqəmlə Şahbaz girovluqdan buraxılacaq?  

Ölkəyə hazırkı turist axını İslam Oyunları ilə bağlıdır – MONİTORİNQ
21.08.2017, 16:38

Ölkəyə hazırkı turist axını İslam Oyunları ilə bağlıdır – MONİTORİNQ

Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq
21.08.2017, 16:31

Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq

İlham Əliyev: Azərbaycan üçün heç bir problem görmürəm, heç bir risk, təhlükə yoxdur
21.08.2017, 16:22

İlham Əliyev: Azərbaycan üçün heç bir problem görmürəm, heç bir risk, təhlükə yoxdur

Prezident tapşırıq verdi – Azərbaycan Gürcüstandakı meşə yanğınlarını söndürmək üçün kömək göndərdi
21.08.2017, 15:59

Prezident tapşırıq verdi – Azərbaycan Gürcüstandakı meşə yanğınlarını söndürmək üçün kömək göndərdi

Məcburi köçkünü aldatdılar – məhkəmə isə obyektiv qərar çıxaracağına söz verdi
21.08.2017, 15:49

Məcburi köçkünü aldatdılar – məhkəmə isə obyektiv qərar çıxaracağına söz verdi

Barselona terrorunun 15-ci qurbanı
21.08.2017, 15:45

Barselona terrorunun 15-ci qurbanı

Bəzi savadsız məmurlar azəri sözündən istifadə edir – İTTİHAM
21.08.2017, 15:39

Bəzi savadsız məmurlar azəri sözündən istifadə edir – İTTİHAM

Açıq Hökumət Platforması jurnalistlər üçün təlim keçirib
21.08.2017, 15:34

Açıq Hökumət Platforması jurnalistlər üçün təlim keçirib

YAP-dan prezident seçkiləri vaxtı təxribat yaratmaq istəyənlərə XƏBƏRDARLIQ
21.08.2017, 15:28

YAP-dan prezident seçkiləri vaxtı təxribat yaratmaq istəyənlərə XƏBƏRDARLIQ

Prezident Vilyam Hacıyevi ordenlə təltif etdi
21.08.2017, 15:17

Prezident Vilyam Hacıyevi ordenlə təltif etdi

Qazaxıstanda azərbaycanlıya məxsus 2 milyon dollarlıq qaçaqmal zinət əşyası AŞKARLANDI
21.08.2017, 15:02

Qazaxıstanda azərbaycanlıya məxsus 2 milyon dollarlıq qaçaqmal zinət əşyası AŞKARLANDI

İsmayıllıda sürücü piyadanı vurub öldürdü
21.08.2017, 14:58

İsmayıllıda sürücü piyadanı vurub öldürdü

Türkiyə və İran PKK-ya qarşı birgə əməliyyat keçirəcək
21.08.2017, 14:37

Türkiyə və İran PKK-ya qarşı birgə əməliyyat keçirəcək

İlham Əliyev sabiq dövlət və hökumət başçılarını qəbul edib - YENİLƏNİB 
21.08.2017, 14:20

İlham Əliyev sabiq dövlət və hökumət başçılarını qəbul edib - YENİLƏNİB 

Mədəniyyət və Turizm İdarəsindən oğurluq edən tutuldu
21.08.2017, 13:49

Mədəniyyət və Turizm İdarəsindən oğurluq edən tutuldu

Ermənistan ordusunun hərbçisi öldü - YENİLƏNİB
21.08.2017, 13:49

Ermənistan ordusunun hərbçisi öldü - YENİLƏNİB

Bakı sakinini sosial şəbəkə ilə şantaj edən şəxs yaxalandı
21.08.2017, 13:45

Bakı sakinini sosial şəbəkə ilə şantaj edən şəxs yaxalandı

Ölkədə istirahət günlərində 11 nəfər yol qəzalarında ölüb
21.08.2017, 13:42

Ölkədə istirahət günlərində 11 nəfər yol qəzalarında ölüb

Avropada növbəti avtomobil terroru: Ölən və yaralananlar var
21.08.2017, 13:32

Avropada növbəti avtomobil terroru: Ölən və yaralananlar var

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(50.8%)
SOCAR-dan(6.14%)
Lukoil-dan(18.4%)
Bunların heç birindən - başqasından(24.5%)