Modern.az

Səudiyyə Ərəbistanı çimərlik geyiminə icazə verəcək

Səudiyyə Ərəbistanı çimərlik geyiminə icazə verəcək

5 Avqust 2017, 23:13

Səudiyyə Ərəbistanı Qırmızı dənizin ətrafında yaradılacaq yeni turizm bölgəsində çimərlik geyiminə icazə verəcək. Modern.az xəbər verir ki, yeni turizm bölgəsinin beynəlxalq standartlara cavab verən qaydalarla idarə ediləcəyi bildirilib.

Bu qərarın şəxsən Səudiyyə şahzadəsi Məhəmməd bin Salman tərəfindən verildiyi bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı rəhbərliyi Qırmızı dənizin ətrafındakı 50 adanı xüsusi turizm bölgəsi elan etməyə hazırlaşdığını elan edib. Bölgə üçün tikinti işlərinin 2019-da başlayacağı, hava limanı tikiləcək ərazinin 2022-ci ildə tam hazır olacağı bildirilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər