Modern.az

Putin Lenini “narahat” etməyəcək

Putin Lenini “narahat” etməyəcək

Aktual

6 Avqust 2017, 13:15

Vladimir Putin Leninin nəşinin mavzoleydə saxlanılması haqqında fikrini bildirib. Prezident Lenini “narahat” etməyəcəyini söyləyib.

Modern.az-ın məlumatına görə, Rusiya Kommunist partiyasının lideri Züqanov məsələ ilə bağlı jurnalistlərə açıqlama verib:

“Prezidentin keçirdiyi müşavirələrin birində bu məsələ müzakirə olunub. Vladimir Putin vəd etdi ki, Leninin nəşi mavzoleydə saxlanılacaq. O həm də Kreml divarları önündə dəfn edilmiş sovet liderlərinə də toxunulmayacağını söylədi. Mən nə qədər Rusiyaya rəhbərlik edəcəyəmsə, bu mövzu bir daha gündəmə gəlməyəcək deyən Putin bununla da məsələ ilə bağlı müzakirələrə birdəfəlik son qoydu...”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı