Modern.az

Gürcüstanda ana və uşağı öldürən erməni yaxalandı

Gürcüstanda ana və uşağı öldürən erməni yaxalandı

Dünya

6 Avqust 2017, 21:32

Gürcüstan polisi avtomobillə qəza törətməklə ana və uşağın ölümünə səbəb olan Ermənistan vətəndaşını saxlayıb. Modern.az APA-ya istinadən xəbər verir ki, avqustun 5-də 1995-ci il təvəllüdlü oğlan Surami rayonunda, Tbilisi-Senaki-Leselidze yolunda "Nissan Tiida" markalı minik avtomobili ilə 38 yaşlı ananı və onun 5 yaşlı uşağını vurub.

Ana və uşaq hadisə yerində ölüb. Ermənistan vətəndaşına qarşı iki və daha çox insanın ölümünə yol açan yol-nəqliyyat hərəkəti və istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb. Əgər sürücünün günahı təsdiqini taparsa, onu 6 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

 Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır