Modern.az

İran hərbçiləri 2 silahlını məhv edib

İran hərbçiləri 2 silahlını məhv edib

Dünya

6 Avqust 2017, 23:19

İran hərbçiləri ölkənin şimal-qərbində 2 silahlını məhv edib, 4-ü yaralayıblar. Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Tasnim” agentliyinə İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur bildirib. İnsidentin Türkiyə və İraqla sərhəddə yerləşən Qərbi Azərbaycan əyalətində baş verdiyi bildirilir. Silahlıların hansı qruplaşmanın üzvləri olduğu barədə məlumat verilmir. M.Pakpurun sözlərinə görə, silahlılardan külli miqdarda silah-sursat, texnika və hərbi sənədlər müsadirə edilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır