Modern.az

“Ölkəsiz qalan” Saakaşvili – Sabiq prezident Gürcüstana ekstradisiya olunacaq?

“Ölkəsiz qalan” Saakaşvili – Sabiq prezident Gürcüstana ekstradisiya olunacaq?

7 Avqust 2017, 12:13

2003-cü ildə baş verən “Qızılgül inqilabı”ndan sonra Mixail Saakaşvili Qərbin sevimlisinə çevrilmişdi.

 

Modern.az “The Daily Beast” nəşrində gürcü liderinin gələcək siyasi karyerası ilə bağlı dərc olunan məqalədən əsas məqamları təqdim edir.

 

“Onillər boyu Saakaşvili ABŞ-ın keçmiş sovet respublikalarına göstərmək istədiyi demokratiyanın siması idi. Lakin Rusiya ilə dağıdıcı müharibədən sonra “qızıl gül inqilabı”nın solduğunu deyə bilərik. 2012-ci sonlarında Saakaşvili hakimiyyətini milyarder Bidzina İvanişviliyə təhvil verməli oldu”.

 

“Bugünkü Gürcüstan hökuməti Saakaşviliyə Putin qədər nifrət edir. 2015-ci ildə onu Gürcüstandan qovan zaman Saakaşvili ölkə vətəndaşlığından imtina etdi və Pyotr Poroşenkonun onu strateji və tənəzzüldə olan Odessa vilayətinin qubernatoru təyin etməsindən 1 gün əvvəl gürcü pasportu ilə vidalaşaraq Ukrayna vətəndaşlığını qəbul etdi. Donkixotluğa meylli Saakaşvili böyük islahat planları ilə öncə, ukraynalı oliqarxlara, daha sonra isə prezident Poroşenkoya qarşı çıxdı. Ola bilsin ki, bu dəfə Saakaşvili kompromissə getməyəcəyini qətiləşdirmişdi. Nəticəsindən asılı olmayaraq, o məğlub oldu və müxalifətə qoşuldu. Odessa isə əvvəlki kimi rüşvətxor şəhər olaraq qaldı”-deyə The Daily Beast yazır.

 

“Poroşenkonun Gürcüstanaötən ay baş tutan ilk rəsmi səfərindən sonra iyulun 17-də Poroşenko onu sonuncu dəfə vətəndaşlıqdan məhrum etdi. Bu zaman Saakaşvili ABŞ-da idi və sonradan vətəndaşlığı olmayan şəxs kimi Polşaaya səfər edib”.

 

ABŞ-ın vitse-prezidenti Maykl Pens Tbilisiyə səfər edən zaman Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani ölkə televiziyalarından birində Saakaşvilinin ekstradisiyasını tələb etmişdi. Görünən odur ki, Poroşenko Saakaşvilinin Ukraynaya dönüşünü istəmir.

Daily Beast adları açıqlanmayan 2 amerikalı məmura istinadən xəbər verir ki, Gürcüstan hökuməti 2 həftə əvvəl Maykl Pensdən Saakaşvilinin ekstradisiyası ilə bağlı müraciət edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir