23 avqust 2017, Çərşənbə axşamı
Ana Səhifə - ÖLKƏ - Vəzifə sahiblərinə verilən mesajlar - özbaşınalıqlara son qoyulur 
Vəzifə sahiblərinə verilən mesajlar - özbaşınalıqlara son qoyulur 
07.08.2017, 16:10

Məmurlar və yaxın çevrələrindəkilərin harınlığı barədə hər gün yeni-yeni məlumatlar alınmaqdadır. Əksəriyyəti də iki və daha çox insanın ölümünə səbəb olmağa, avtoxuliqanlığa görə cəza alır, rəhbər vəzifədə olan əzizləri isə postdan uzaqlaşdırılır.  Elə 3il əvvəl "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini vəzifəsindən uzaqlaşdırılan Mübariz Mədətov kimi...

 

Qeyd edək ki, M.Mədətovun oğlu Xalid Mədətov 3 il əvvəl sərxoş vəziyyətdə "Gelandewagen" markalı avtomobili ilə qəza törədib, nəticədə xalq artisti, tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi ölüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası alan X.Mədətov bu ilin martında prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.


Bu il iyulun əvvəlində isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini, general Novruzəli Orucov oğlu avtobus sürücüsünü döydüyünə görə tutduğu postdan uzaqlaşdırıldı.

 

Azərbaycan prezidenti İlham Əliyev bu cür neqativ hallar baş verdikcə məmurları xəbərdar etdi, onların özlərini, ailə üzvlərini xalqa qarşı diqqətli, sayğılı olmağa çağırdı.

 

Baş nazirin müavini, “Qaçqınkom”un sədri, Əli Həsənovun  nəvəsi Nail Allahverdiyev də "Gelandewagen" ilə 2 nəfərin ölümü, 2 nəfərin yaralanmasına səbəb olan ağır qəza törətdi.

 

Əli Həsənov isə nəvəsi barədə “hüququ ölkədə məsuliyyət fərdidir. Çox istərdim ki, media nümayəndələri də bunu başa düşsün” deməklə özünün haqlı olduğunu vurğulamağa çalışdı.

Amma bu çıxış da Nail Allahverdiyevi həbsdən xilas edə bilmədi - məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildi.

 

Bu hadisələrdən məmurlar hansı dərs alacaqlar?

Hüquqşünas Əliməmməd Nuriyev mövzu ilə bağlı Modern.az-a danışarkən ölkə başçısının məsələ ilə bağlı mütəmadi çıxışlarını xatırladıb:

 

“Azərbaycan prezidenti cənab İlham Əliyev müxtəlif iclaslarda, müşavirələrdə məmurları,  ailə üzvlərini nəzakətli, qanunlara tabe olmağa, xalqa xidmət etməyə çağırıb. Vəzifəsindən, xidmətlərindən asılı olmayaraq hər kəs özünün, ailəsinin etdiyi özbaşınalığa görə cavab verməlidir. Yəni heç kəsin ailə üzvünə o hüquq verilmir ki, o kiminsə övladı, oğlu olduğuna görə qanuna zidd hərəkətlər, harınlıq eləsin.

 

Bundan əvvəl məmurların ailəsində baş verən hadisələr zamanı məmurun özü, yaxud vəzifədə olan qohumlarına güvənərək qanunazidd hərəkətlər edərkən, etik davranış qaydalarını pozarkən, buna görə məsuliyyətə cəlb edildiklərini görmüşük. Ötən ay general oğlu tərbiyəsizliyə, xuliqanlığa yol verdiyi üçün məsuliyyətə cəlb olundu, atası vəzifədən uzaqlaşdırıldı. Hüquq-mühafizə orqanları cənab prezidentin tapşırığını əsas götürərək lazımi tədbirlər həyata keçirib və keçirməkdə də davam edirlər. Təsadüfi deyil ki, iki gün əvvəl baş verən hadisəyə görə də araşdırmalar aparılaraq hüquqi qiymət verildi.

 

Hər nə qədər gizlədilməyə çalışılsa da, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq sükan arxasında məhz vəzifəli şəxsin nəvəsinin əyləşdiyini təsdiqlədi. Qanuna görə hər kəs kimliyindən, vəzifəsindən, kimin qohumu olmasından asılı olmayaraq cavabdehlik daşıyır. Bu baxımdan hazırda Nail Allahverdiyev barəsində həbs qətiimkan tədibir seçilib. Digər avtomobilin sürücüsü isə 30 gün müddətinə inzibati məsuliyyətə cəlb olunub. Hesab edirəm ki, bunların hər ikisi qanunamüvafiqdir və istintaq hərəkətləri nəticəsində tam olaraq təqsirlilik səviyyəsi müəyyən ediləcək”.

 

Hüquqşünas həyata keçirilən tədbirlərin bütün məmurlara bir mesaj olduğunu vurğulayıb:

 

“Qoy bütün məmurlar, övladları, yaxın çevrələri qanundan kənar hərəkət etdikdə bu nüansları nəzərə alsınlar. Çünki onlar özbaşınalıqlar zamanı öz vəzifəli qohumlarına, əmilərinə, dayılarına, babalarına güvənirlər. Bu mesaj və mesaja uyğun olaraq hərəkətlərin davamlı, dayanıqlı aparılmasının göstəricisidir”.

 

Ə.Nuriyev bildirib ki, məsələnin etik tərəfləri ilə yanaşı, fərdi məsuliyyəti də var:

 

“Edilən əməllə həmin vəzifəli şəxsin özünün nə dərəcədə əlaqəli olması aydınlaşdırılmalıdır. Bir qayda olaraq vətəndaş açıq-aşkar cəmiyyətə qarşı hörmətsizlik edibsə, etik qaydalara uyğun olaraq vəzifəli şəxs özü müvafiq addımlar atmalıdır. Bunun üçün vəzifədən kənarlaşdırılmadan daha çox şəxsin bu proseslə bağlı rəhbər tutduğu etik davranış qaydaları əsas götürülür. Ona görə də Əli Həsənovun vəzifədən kənarlaşdırılacağı ilə bağlı konkret fikir bildirə bilmərəm. Bu, cənab prezidentin səlahiyyətində olan məsələdir”. 


Gülşən RAUFQIZI
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ağ Evə giriş bağlanıb
23.08.2017, 00:59

Ağ Evə giriş bağlanıb

Güləşçimiz bürünc medal qazandı
23.08.2017, 00:43

Güləşçimiz bürünc medal qazandı

23.08.2017, 00:18

"Türyançay" Dövlət Təbiət Qoruğu yanğından qorunub

24 il ötdü - Füzuli və Cəbrayılın  işğal günü anılır
23.08.2017, 00:01

24 il ötdü - Füzuli və Cəbrayılın işğal günü anılır

Azərbaycan neftinin qiyməti 54 dollara çatıb
22.08.2017, 23:51

Azərbaycan neftinin qiyməti 54 dollara çatıb

Heyvan kəsiminə nəzarət gücləndiriləcək - Video
22.08.2017, 23:38

Heyvan kəsiminə nəzarət gücləndiriləcək - Video

Terrorçu Barselonada daha böyük hücum planlaşdırırmış
22.08.2017, 23:22

Terrorçu Barselonada daha böyük hücum planlaşdırırmış

Paytaxtda xeyli bina söküləcək
22.08.2017, 23:06

Paytaxtda xeyli bina söküləcək

Bakıda avtobus sürücüsünə silah çəkən şəxs saxlanılıb - VİDEO
22.08.2017, 22:47

Bakıda avtobus sürücüsünə silah çəkən şəxs saxlanılıb - VİDEO

Terrorçular 80-dən çox uşaqdan kamikadze kimi istifadə ediblər
22.08.2017, 22:31

Terrorçular 80-dən çox uşaqdan kamikadze kimi istifadə ediblər

"Bu şansdan maksimum istifadə etməyə çalışacağıq" - Qurban Qurbanov
22.08.2017, 22:14

"Bu şansdan maksimum istifadə etməyə çalışacağıq" - Qurban Qurbanov

Azərbaycan və Aİ arasında yeni danışıqlar başlayır
22.08.2017, 21:58

Azərbaycan və Aİ arasında yeni danışıqlar başlayır

Aviazərbələr nəticəsində 50 dinc sakin öldürülüb
22.08.2017, 21:45

Aviazərbələr nəticəsində 50 dinc sakin öldürülüb

Ən faydalı tərəvəz hansıdır? – AMERİKALI DİETOLOQLARIN SON QƏNAƏTİ
22.08.2017, 21:32

Ən faydalı tərəvəz hansıdır? – AMERİKALI DİETOLOQLARIN SON QƏNAƏTİ

Necə “aldanırıq” – MARKETOLOQLARIN AĞILLI  HİYLƏSİ
22.08.2017, 21:16

Necə “aldanırıq” – MARKETOLOQLARIN AĞILLI  HİYLƏSİ

Düşmən ordusunun iki zabiti yaralanıb
22.08.2017, 20:59

Düşmən ordusunun iki zabiti yaralanıb

"Qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik"- "Kopenhagen"in baş məşqçisi
22.08.2017, 20:46

"Qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik"- "Kopenhagen"in baş məşqçisi

Allahşükür Paşazadə dövlətlərarası təşkilatın rəhbərliyində təmsil olunacaq
22.08.2017, 20:30

Allahşükür Paşazadə dövlətlərarası təşkilatın rəhbərliyində təmsil olunacaq

Gənclər üçün "krizis telefon xətti" bərpa edildi
22.08.2017, 20:16

Gənclər üçün "krizis telefon xətti" bərpa edildi

Gürcüstana əlavə 3 helikopter, 15 texnika, 126 canlı qüvvə göndərilib
22.08.2017, 20:02

Gürcüstana əlavə 3 helikopter, 15 texnika, 126 canlı qüvvə göndərilib

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir
22.08.2017, 19:41

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

Ağcabədidə avtomobil hasara çırpılıb, xəsarət alanlar var
22.08.2017, 18:58

Ağcabədidə avtomobil hasara çırpılıb, xəsarət alanlar var

Sumqayıtda 5 yaşlı qızın quduzluqdan ölməsinə görə həkimlər cəzalandırılıb
22.08.2017, 18:45

Sumqayıtda 5 yaşlı qızın quduzluqdan ölməsinə görə həkimlər cəzalandırılıb

Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları təltif olundu - SİYAHI
22.08.2017, 18:29

Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları təltif olundu - SİYAHI

Elşad Həmidova "Əməkdar həkim" fəxri adı verilib
22.08.2017, 18:26

Elşad Həmidova "Əməkdar həkim" fəxri adı verilib

Prezident Gədəbəyə və Şəmkirə 6 milyon manat ayırdı
22.08.2017, 18:23

Prezident Gədəbəyə və Şəmkirə 6 milyon manat ayırdı

Lerikdə 3 nəfərin öldüyü yanğına görə ailənin oğlu saxlanılıb
22.08.2017, 18:18

Lerikdə 3 nəfərin öldüyü yanğına görə ailənin oğlu saxlanılıb

İspaniyanın nüfuzlu “Marca” qəzeti “Qarabağ”dan üzr istədi
22.08.2017, 18:16

İspaniyanın nüfuzlu “Marca” qəzeti “Qarabağ”dan üzr istədi

Elmar Novruzova general-mayor rütbəsi verildi
22.08.2017, 18:12

Elmar Novruzova general-mayor rütbəsi verildi

Mütəllibov Hacı Əbdülə güldü: “Mən sovet dövründə Məşhəd ziyarətində olmuşam”
22.08.2017, 18:06

Mütəllibov Hacı Əbdülə güldü: “Mən sovet dövründə Məşhəd ziyarətində olmuşam”

Avtobus sürücüsünü silahla hədələyənin dələduzluq əməlləri ortaya çıxdı
22.08.2017, 17:43

Avtobus sürücüsünü silahla hədələyənin dələduzluq əməlləri ortaya çıxdı

Azərbaycana gələn ərəblərin sayı AÇIQLANDI
22.08.2017, 17:33

Azərbaycana gələn ərəblərin sayı AÇIQLANDI

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ
22.08.2017, 17:14

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ

Azərbaycan Gürcüstana əlavə kömək göndərdi
22.08.2017, 17:12

Azərbaycan Gürcüstana əlavə kömək göndərdi

FHN geyim mağazasındakı yanğınla bağlı məlumat yaydı 
22.08.2017, 17:07

FHN geyim mağazasındakı yanğınla bağlı məlumat yaydı 

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(48.8%)
SOCAR-dan(7.2%)
Lukoil-dan(17.6%)
Bunların heç birindən - başqasından(26.4%)