Modern.az

Brüssel terrorunun təşkilatçısı məhv edilib

Brüssel terrorunun təşkilatçısı məhv edilib

7 Avqust 2017, 20:44

Brüsseldə törədilən terror aktının təşkilatçısı kimi tanınan, İŞİD terror təşkilatı ilə əlaqəli şəxs zərərsizləşdirilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs İraqda məhv edilib.

Məlumata görə, Belçika vətəndaşı olan Əbu Həmzə əl-Beljiki Mosul şəhərinin azad edilməsindən sonra İraq hərbçiləri tərəfindən öldürülüb.

Qeyd edək ki, 2016-cı il, martın 22-də Belçika paytaxtının hava limanı və metropolitenində törədilən terror aktları nəticəsində 32 nəfər ölüb, 300-dən çoxu yaralanıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq