Modern.az

Yaponiyada  güclü qasırğa: 2 ölü, 42 yaralı

Yaponiyada  güclü qasırğa: 2 ölü, 42 yaralı

7 Avqust 2017, 21:30

Yaponiyada baş verən güclü qasırğa nəticəsində 2 nəfər ölüb, 42 nəfər xəsarət alıb. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkənin 9 prefekturasında yaşayan 65 yaxın insana evlərini müvəqqəti tərk etmək tövsiyə olunub.

Ötən gün leysan yağışlar və güclü küləklə müşahidə olunan  “Noru” qasırğası Yaponiyanın Yakusima, Taneqasima və Amami adalarında ciddi fəsadlar törədib. Sinoptiklərə görə, bu kimi intensiv yağıntılar 50 ildə bir dəfə olur. Bir sıra ərazilərdə isə küləyin surəti saniyədə 30 metri keçib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir