Modern.az

Kreml məmurlarının qida rasionundakı səhər yeməyi - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN

Kreml məmurlarının qida rasionundakı səhər yeməyi - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN

8 Avqust 2017, 08:49

Səhər yeməyinin insan orqanizmi üçün faydalarını bilirik. Bəs qida rasionumuzda səhər yeməyinə daxil edəcəyimiz yeməklərin hansının daha faydalı olduğundan xəbərdarıqmı?

Modern.az saytının sağlamlıqla bağlı növbəti yazısı da bu haqdadır.

Səhər yeməyinə sıyıqların daxil edilməsi faydalı olduğu qədər həm də vacibdir. Bu sırada isə faydalarına görə yulaf sıyığı liderlik edir.

1. Yulaf sıyığı orqanizmin tonusunu artırır, insanın əhvalına olduqca müsbət təsir göstərir. Bu sıyığın tərkibindəki B6 vitamini insan beynində xoşbəxtlik hormonu adlanan serotoninin yaranmasında fəal iştirak edir.

2. Əgər siz səhər yeməyinizi yulaf sıyığı ilə başlasanız gün ərzində mədə-bağırsaq sisteminiz Kremlin saatı kimi işləyəcək. Kreml ifadəsini təsadüfi işlətmədim. Hələ Sovetlər birliyi dövründən Kreml məmurlarının qida rasionunda yulaf sıyığı mütləq şəkildə olub. Ona görə də yulaf sıyığına “Kremlyovskaya kaşa” da deyirlər.

3. Yulaf sıyığı olduqca tutumludur. Səhər-səhər bir boşqab sıyıq sizin nəfsinizə hakim kəsiləcək. Yəni siz onu yedikdən sonra gözünüz başqa qidalarda – kolbasada, sosislərdə, sirniyyatlarda qalmayacaq. Beləliklə də siz kökəlmənizin, artıq çəki almağınızın qarşısını almış olacaqsınız.

4. Saçlarınızı və dırnaqlarınızı qüsursuz görmək istəyirsinizsə yulaf sıyığına üstünlük verin.

5. Unutmayın ki, yulaf sıyığı orqanizmin immunitetini qaldırır.

6. Ürək və damar sistemində problemi olanlar üçün yulaf sıyığı məsləhətdir.

7. Yulaf sıyığı həzm prosesini tənzimləyir, bağırsaqların təmizlənməsində böyük rol oynayır.

8. Bu sıyıq həmçinin qaraciyərin fəaliyyətini də yaxşılaşdırır.

9. Yulaf sıyığı yaddaşı gücləndirir, zehni fəaliyyəti artırır.

10. Əgər istəyirsinizsə orqanizminiz A, E, K, PP, B qrup vitaminləri, xeyirli minerallar və mikroelementlərlə zəngin olsun yulaf sıyığından istifadə edin.

Belə bir deyim var ki, hər şey qədərində gözəldir. Yulaf sıyığının dediyimiz və demədiyimiz xeyirlərini, faydalarını düşünüb ondan qədərindən çox istifadə etmək düzgün deyil. Həftədə 3-4 gün səhər yeməyində yulaf sıyığından istifadə edərək onun faydalarından tam bəhrələnmək olar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu