Modern.az

Milyonların inandığı insandan XOŞBƏXTLİK DÜSTURU  

Milyonların inandığı insandan XOŞBƏXTLİK DÜSTURU    

Ədəbi̇yyat

8 Avqust 2017, 09:05

Bəzən axtarışında olduğumuz xoşbəxtliyin bir addımlığından yan keçirik. Bəzən də bədbinliyə qapılaraq xoşbəxtliyin əlçatmaz olduğunu düşünürük. Əslində arzuladığımız xoşbəxt həyata qovuşmaq, bir az da dəqiq ifadə etsək, həyatımızı xoşbəxt anlarla zəngin etmək o qədər də əlçatmaz deyil...

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

Şərq müdriklərindən tutmuş müasir psixoloqlara qədər bir çox tanınmışlar, milyonların inandıqları insanlar xoşbəxt olmağın sirrləri haqqında dəyərli fikirlər söyləyiblər. Bu sırada bolqar bilicisi, tanınmış görücü Vanqanın tövsiyələri də çox sadə və olduqca maraqlıdır.

Vanqanın fikrincə səhəri təbəssümlə açmaq günün uğurlu olmasının başlanğıcıdır: “Təbəssümlü səhər gün ərzində sizə xoşbəxt anlar bəxş edəcək”.

Məşhur görücü xoşbəxt olmaq üçün xeyirxah əməl sahibi olmağı mütləq sayıb: “Hər gün heç olmasa bir dəfə, hətta kiçik olsa da belə bir xeyirxah əməliniz olsun. Bunu etsəniz qocaldıqda keçmişinizə nəzər salarkən yaşanmış illəriniz üçün peşmançılıq keçirməyəcəksiniz”.

Tənbəlliyi xoşbəxtliyin qarşısına atılmış kötük sayan Vanqa söyləyib: “Təbiət öz hərəkətində dayanmaq və ləngimək bilmir, tənbəllik edib ləngiyənləri isə sərt cəzalandırır”.


Görücünün bütün dövrlərin aktual mövzusu olan uşaqlar haqqında fikirləri də dəyərlidir: “Kiçik yaşlarından uşaqları zəhmətə alışdırın. Əgər siz özünüz zəhmət çəkməyi sevmirsinizsə, bununla uşaqlarınıza pis nümunə göstərirsiniz”.

Vanqa öz tövsiyələrində zaman və xoşbəxtlik haqqında düşüncələrimizdə yanılmamağa çağırıb: “Bu günün işini sabaha saxlamaq kimi vərdişi özünüzdən uzaq edin. Elə düşünməyin ki, bütün həyatınız hələ qarşıdadır. Bu yanlış düşüncədir. Çünki cavanlıqla qocalıq arasındakı məsafə çox qısadır”.

Onun xoşbəxtliklə bağlı fikirlərində həyatda baş verən kədərli hadisələrə münasibəti də maraqlıdır: “Həyatınızda baş verən kədərli hadisələri sakit ürəklə qarşılayın. Heç nə və heç kim əbədi deyil. Bu kədər də ötüb geçəcək”.

Sevginin insana xoşbəxt anlar yaşatdığını söyləyən Vanqa məhəbbətin pulla alınmasının qeyri- mümkün olduğunu söyləyib: “Bəziləri elə düşünür ki, pulla məhəbbəti almaq mümkündür. Bu yanlış fikirdir. Pulla məhəbbəti almaq olmaz”.

Onun xoşbəxtlik düsturunda tələskənliklə bağlı da fikirlər yer alıb: “Tələsin, amma həmişə ağılla tələsin. İnsanları mühakimə etməyə isə çox tələsməyin. Hər bir insanın özünəməxsus heç də asan olmayan həyatı var”.

O, nə vaxtsa baş vermiş hadisələri dönə-dönə xatırlamağın mənasız olduğunu söyləyib: “Keçmişinizdə baş vermiş hadisələrə görə peşmançılıq hissi keçirməyin, baş vermiş dəyişikliklərdən şikayətlənməyin”.

Və ən nəhayət, Vanqanın xoşbəxt olmaq üçün ən əsas tövsiyəsi: “Tez-tez ürəyinizin səsinə qulaq asın, görün o sizə nə deyir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür