Modern.az

Misir Mərdanov stadiona çıxdı, Rövnəq Abdullayev top vurdu (FOTOLAR)

Misir Mərdanov stadiona çıxdı, Rövnəq Abdullayev top vurdu (FOTOLAR)

Reportaj

19 May 2011, 19:32

Bu gün «Vətən» Futbol Məktəbinin AFFA və Təhsil Nazirliyi tərəfindən birgə inşa olunmuş yeni idman bazasının açılış mərasimi keçirilib. Tədbirdə AFFA-nın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev, təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, AFFA İcraiyyə Komitəsinin üzvləri Ələkbər Məmmədov, İskəndər Cavadov, Elmar Qasımov, Mirkamil Rəhimov, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirin rəsmi hissəsindəki çıxışlar başa çatdıqdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev, veteran futbolçu, AFFA İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və təhsil nazirinin müavini, AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Qasımov yeni idman bazasının meydançasında penalti zərbəsi vurublar.

Sonra idman bazasına baxış keçirilib. AFFA-nın prezidenti Rövnəq Abdullayev, təhsil naziri Misir Mərdanov və gənclər və idman naziri Azad Rəhimov "Qonaqlar kitabı"na ürək sözlərini yazıblar.
Qeyd edək ki, «Vətən» Futbol Məktəbinin yeni bazasında eyni vaxtda 22 nəfər qala bilər. Bazada inşa olunmuş 90x50 m. ölçülərinə malik stadionun azarkeş tutumu 500 nəfərdir. Burada 6 paltardəyişmə otağı, qazanxana, trenajor zalı və sauna inşa olunub. Uşaqların valideynləri üçün ayrıca kafe-çayxananın fəaliyyət göstərdiyi bazada xüsusi mühafizə sistemi də quraşdırılıb.






Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!