Modern.az

Tovuzun atəşə tutulan kəndində vəziyyət necədir? - İcra nümayəndəsindən AÇIQLAMA  

Tovuzun atəşə tutulan kəndində vəziyyət necədir? - İcra nümayəndəsindən AÇIQLAMA   

Aktual

8 Avqust 2017, 11:20

Hazırda Tovuz rayonun  Qaralar kəndində vəziyyət stabildir.

Bu barədə Modern.az-a Qaralar kənd inzibati dairəsi üzrə nümayəndə Ramiz Süleymanov Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqəsini atəşə tutulmasından sonrakı vəziyyəti şərh edərkən bildirib.

O qeyd edib ki, kənd camaatı bu cür hallara öyrəşib:

“1998-ci ildən öyrəncəliyik. Kənd camaatı gündəlik axarında həyata davam edir”.

R.Süleymanov bildirib ki, ermənilərin kəndi atəşə tutması yaralanan 13 yaşlı Ramin Yusifovun vəziyyəti stabildir:

“Bu gün səhər xəstəxandan çıxarıldı. Hazırda evdədir. Şükürlər olsun ki, xəsarəti ciddi deyil”.

İyulun 7-də  dünən Ermənistan Silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğlu xəsarət alıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı