24 oktyabr 2017, Çərşənbə
Ana Səhifə - MÜSAHİBƏ - Akif İslamzadə: “Səsimin açılmasının heç arzusunda da deyiləm” - MÜSAHİBƏ  
Akif İslamzadə: “Səsimin açılmasının heç arzusunda da deyiləm” - MÜSAHİBƏ  
08.08.2017, 12:40

8 avqust tarixi təkrarsız ifası ilə yaddaşlarda silinməz iz qoymuş tanınmış müğənni Akif İslamzadənin doğum günüdür. O, 1948-ci il avqustun 8-də Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992-1993-cü illərdə Bakı şəhəri Baş Mədəniyyət İdarəsinin rəisi olub. Mahnılarından, "Sarı gəlin" və "Bu gecə" diqqətləri cəlb edib.

Akif İslamzadə artıq 30 ildir oxumur. Əksəriyyət belə düşünür ki, böyük sənətkar Akif İslamzadənin səsinin tutulması bütövlükdə Azərbaycan mədəniyyəti üçün ciddi itkidir. Akif İslamzadə oxumasa da, onun səsi, unudulmaz ifası və mahnıları tarixə əbədi həkk olunub.

Modern.az saytı səbəbkarın doğum günündə onunla əlaqə saxlayıb. Qısa da olsa müsahibə ala bilib.

- Akif müəllim, öncə doğum gününüzü təbrik edirik.  Hər bir dinləyici üçün maraqlıdır. Akif İslamzadə doğum günlərini keçirməyi sevirmi?

- Deməzdim ki, tam olaraq sevirəm. Sadəcə, adi günlərdən bir az fərqli olur. Doğum günümdə zəng vurub təbrik edənlər çox olur. Hər kəs ürək sözlərini dilə gətirir.

- Siz həm də adi insanlardan fərqlisiz. Tanrı zamanında sizə istedad bəxş edib.


- Heç tərif olunmağı sevmirəm. Tərif Allaha yaraşdığı kimi, ona da məxsusdur. Heç zaman tərif olunmaq arzusuna düşməmişəm.

- Bir zamanlar siyasi arenada da Akif İslamzadə ismi tez-tez çəkilirdi. İndi də siyasətdə olduğunuzu demək olarmı?

- Mən siyasətdə o dövrdə olmuşam ki, insanların hamısı meydanlarda toplaşmışdı. İnsanların, millətin müqəddəratı həll olunan vaxt evdə oturub rahat çay içə bilməzdim. Hesab etmirəm ki, böyük iş görmüşəm.

-  O dövrün siyasi burulğanına atılan biri kimi hazırkı durumu necə qiymətləndirirsiz? Qarabağ məsələsi hələ də həllini tapmayıb.

-  Çox məsələlər həllini tapmayıb. Ümid edək ki, hər şey yaxşı olacaq. Millət olaraq elə millətik ki, vaxt-vədə yetişəndə iki ayağımızı zərblə yerə vura bilirik. Biz bu millətin gücünü-cəsarətini çox görmüşük. Dostların çox yaxşı bir fikri var: torpaqlarımızın 80%-ni azad etmişik, qalıb 20%-i. Baxın, belə də yanaşma var.

- Sənətkar Akif İslamzadənin bu günə qədər Tanrıdan narazılığı olubmu?

- Narazılıq nədir? Siz razılıqdan soruşun. Allahımdan o qədər razıyam ki... Hər bir məsələdə taleyimdən razıyam.

- Bu sualı ona görə ünvanladıq ki, illərdir səsiniz batıb.

- Heç vaxt səsimin batmasına görə Allahımdan inciməmişəm. Şükür edirəm. Səsimin batmasını dərd kimi qəbul etməmişəm. Düşünürəm ki, yaxşısı budur. Zaman keçdi və bir daha sübut olundu ki, ən yaxşısı bu imiş...
 

-Belə anladıq ki, oxumağı artıq istəmirsiz?

- Özümün istəməməyimlə bağlamazdım. Nə yazılıbsa, o da olmalıdır. Tutaq ki, bir möcüzə olsa, səsim qayıtsa, nə dəyişəcək?! Bunu misal üçün deyirəm. Səsimin açılmasının heç arzusunda da deyiləm. Ən yaxşısı, yaddaşda necə qalmışamsa, bu, mənə bəs edir. Heç Azərbaycan televiziyalarına da baxmıram. Kimə qulaq asım?! Oxuya bilmirlər. Vaxtilə oxuduqlarımıza çata bilmirlər.

- O zaman sizin kimi istedadlar niyə yetişmir? Günah kimdədir?

- Səs də var, istedad da. Sadəcə, elm, təhsil yoxdu. Elmli deyillər. Təkcə səs və istedad sənətkar yetişdirmir. Çox məsələlər var. Dərinə getmək istəmirəm.

- Keçmiş sənət və siyasət dostlarınızdan ünsiyyətdə olduqlarınız varmı?

- Əlbəttə var. Tez-tez maraqlanıb hal-əhval tuturlar. Yaxşı dostlar nə unudur, nə də unudulur.


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakıda məhkumların qaçmasına görə vəzifəli şəxslər tutuldu - ADLAR
24.10.2017, 09:42

Bakıda məhkumların qaçmasına görə vəzifəli şəxslər tutuldu - ADLAR

Cəbhədə şiddətli atışma oldu 
24.10.2017, 09:31

Cəbhədə şiddətli atışma oldu 

Ermənilərin gözü qarşısında düşmən bayrağına tüpürən azərbaycanlı əsir...
24.10.2017, 09:22

Ermənilərin gözü qarşısında düşmən bayrağına tüpürən azərbaycanlı əsir...

“Mitsubishi” 161 min avtomobili geri çağırdı
24.10.2017, 09:11

“Mitsubishi” 161 min avtomobili geri çağırdı

Türkiyədəki xristian və müsəlman ermənilər...   
24.10.2017, 09:09

Türkiyədəki xristian və müsəlman ermənilər...  

Hadı Rəcəbli üslubu
24.10.2017, 08:48

Hadı Rəcəbli üslubu

Yevlax sakini özünü yandırıb
24.10.2017, 08:32

Yevlax sakini özünü yandırıb

Müğənni Damlaya ev hədiyyə edən sevgilisi danışdı: “...qəbahət deyil” - VİDEO
24.10.2017, 08:28

Müğənni Damlaya ev hədiyyə edən sevgilisi danışdı: “...qəbahət deyil” - VİDEO

Manat və dolların bugünkü məzənnəsi
24.10.2017, 08:23

Manat və dolların bugünkü məzənnəsi

Ermənistanda rusiyalı əsgər xidmət yoldaşını öldürüb
24.10.2017, 00:57

Ermənistanda rusiyalı əsgər xidmət yoldaşını öldürüb

Bərdənin su təchizatında problem yarandı
24.10.2017, 00:43

Bərdənin su təchizatında problem yarandı

Ölkədə seysmik vəziyyətin fon səviyyəsi 8-9 baldır - Video
24.10.2017, 00:17

Ölkədə seysmik vəziyyətin fon səviyyəsi 8-9 baldır - Video

İlin ən yaxşı məşqçisi Zidan oldu
24.10.2017, 00:01

İlin ən yaxşı məşqçisi Zidan oldu

Gürcüstanda azərbaycanlı qətlə yetirildi
23.10.2017, 23:46

Gürcüstanda azərbaycanlı qətlə yetirildi

Bakıda xarici qonaqlara xüsusi taksilər xidmət göstərəcək
23.10.2017, 23:26

Bakıda xarici qonaqlara xüsusi taksilər xidmət göstərəcək

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri istefa verir
23.10.2017, 23:07

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri istefa verir

Yağın ardınca pendir də bahalaşdı - VİDEO
23.10.2017, 22:48

Yağın ardınca pendir də bahalaşdı - VİDEO

Cənubi Qafqaz dünyanın ən hərbiləşdirilmiş bölgələrindən biridir
23.10.2017, 22:31

Cənubi Qafqaz dünyanın ən hərbiləşdirilmiş bölgələrindən biridir

Ukrayna prezidentinə sui-qəsd 
23.10.2017, 22:17

Ukrayna prezidentinə sui-qəsd 

ABŞ-ın dövlət katibi Bağdada gəldi
23.10.2017, 22:01

ABŞ-ın dövlət katibi Bağdada gəldi

Pan-Afrika Parlamentinin prezidenti Heydər Əliyev Mərkəzində oldu
23.10.2017, 21:46

Pan-Afrika Parlamentinin prezidenti Heydər Əliyev Mərkəzində oldu

İşğal olunmuş torpaqda İŞĞALÇINI MƏĞLUB ETMƏK HƏQİQƏTİ...
23.10.2017, 21:31

İşğal olunmuş torpaqda İŞĞALÇINI MƏĞLUB ETMƏK HƏQİQƏTİ...

Gürcüstanda Azərbaycan vətəndaşı həbs edildi - Rəsmi
23.10.2017, 21:13

Gürcüstanda Azərbaycan vətəndaşı həbs edildi - Rəsmi

Çeçenistanda silahlı insident: 4 ölü
23.10.2017, 20:57

Çeçenistanda silahlı insident: 4 ölü

Müsavatçılar Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşacaq
23.10.2017, 20:43

Müsavatçılar Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşacaq

Gürcüstanın baş naziri Bakıya gəlir
23.10.2017, 20:29

Gürcüstanın baş naziri Bakıya gəlir

İtaliyada meşə yanğınları səbəbindən əhalinin təxliyyəsinə başlanılıb
23.10.2017, 20:16

İtaliyada meşə yanğınları səbəbindən əhalinin təxliyyəsinə başlanılıb

Ermənistan ordusunun 3 hərbi qulluqçusu fərarilik edib
23.10.2017, 20:02

Ermənistan ordusunun 3 hərbi qulluqçusu fərarilik edib

"Çudo Peçka”nın 27 əməkdaşı dindirilib
23.10.2017, 19:51

"Çudo Peçka”nın 27 əməkdaşı dindirilib

Penitensiar Xidmətin üç əməkdaşı istintaqa cəlb edilib
23.10.2017, 18:55

Penitensiar Xidmətin üç əməkdaşı istintaqa cəlb edilib

Avropa Birliyi Ermənistanın təxribatları barədə məlumatlandırılıb
23.10.2017, 18:40

Avropa Birliyi Ermənistanın təxribatları barədə məlumatlandırılıb

Şəkidə yol tikintisinə 4,8 milyon manat ayrıldı
23.10.2017, 18:16

Şəkidə yol tikintisinə 4,8 milyon manat ayrıldı

Rəsulzadənin ailəsi ilə SON GÖRÜŞÜ...
23.10.2017, 18:11

Rəsulzadənin ailəsi ilə SON GÖRÜŞÜ...

Abel Məhəmmərovdan birinci kurs tələbələrinə çağırış
23.10.2017, 18:05

Abel Məhəmmərovdan birinci kurs tələbələrinə çağırış

Kamal Abdulla BMT nümayəndəsi ilə görüşüb
23.10.2017, 17:49

Kamal Abdulla BMT nümayəndəsi ilə görüşüb

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(4.88%)
“Azərişıq”(24.8%)
“Azərsu”(9.02%)
“Azəristiliktəchizat”(3.00%)
Heç biri(58.2%)