Modern.az

Bakıda 28 məzun qızıl-gümüş medallara layiq görüldü - Ümumi SİYAHI

Bakıda 28 məzun qızıl-gümüş medallara layiq görüldü - Ümumi SİYAHI

Təhsil

8 Avqust 2017, 12:48

Bakı məktəblərinin məzunları qızıl və gümüş medalla təltif olunub.


Modern.az xəbər verir ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 25-i qızıl, 3-ü gümüş medala layiq görülüb. Onlar ümumi təhsildəki xüsusi nailiyyətləri və 2016-2017-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq  qızıl və gümüş medalla təltif ediliblər.  


Ümumilikdə, respublika üzrə ümumi təhsil məktəblərinin məzunlarından 154-ü qızıl, 31-i gümüş medala layiq görülüb.  


Qızıl və ya gümüş medalla təltif olunmuş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.


XI sinfi qızıl və ya gümüş medala layiq görülməklə başa vuran məzunlara xüsusi nümunəli attestat verilir.


Qızıl medalla təltif edilmiş məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü sarı (qızılı), gümüş medala layiq görülmüş məzunların xüsusi nümunəli attestatının üzlüyü isə boz (gümüşü) rəngdədir.

Siyahı ilə buradan tanış olmaq mümkündür....

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər