Modern.az

Dünyanı saran intihar epidemiyası – İnsanlar hansı yollarla həyatdan köçür?

Dünyanı saran intihar epidemiyası – İnsanlar hansı yollarla həyatdan köçür?

8 Avqust 2017, 13:01

Dünyada hər 40 saniyədə 1 nəfər həyatına son qoyur. Ümumdünya Səhiyyə Təşkilatı hər il 1 milyona yaxın insanın könüllü olaraq həyatı ilə vidalaşdığını hesablayıb. 

 

Lakin təşkilatın ekspertləri bir çox ölkələrin intiharlarların miqyasını kiçiltdyini və dolğun informasiya vermədiklərini bildirib. Modern.az intiharla bağlı kiçik araşdırma aparıb. Hesab olunur ki, bədbəxt hadisə kimi qeydə alınan intiharlarla birlikdə dünyada 3 milyona qədər insanın həyatdan köçdüyü təxmin edilir. Digər tərəfdən, hər il 20 milyondan artıq insanın da intihara cəhd göstərdiyi, onların yalnız 20%-nin tibbi yardım üçün müraciət etdiyi məlumdur.

 

Maraqlıdır ki, kişilər qadınlara nisbətən 3 dəfə daha çox intihar edir. 70 yaşdan sonra isə bu fərq 6-8 dəfəyə qədər artır. 15-29 yaşlı gənclət arasında da intihar əsas ölüm səbəbidir. Bu gedişlə 2030-cu ildə intiharlar dünyadakı əsas ölüm səbəblərindən biri kimi hazrki 10-cu pillədən 4-cü pilləyə qədər irəliləyəcək. Xüsusən. depressiyadan əziyyət çəkən insanların qlobal miqyasda artması intiharların geniş vüsət almasına yol açır. Belə ki, intiharçıların 60%-dən çox depressiyadan əziyyət çəkir.

 

Hər il 300 min çinli, 260 min hindistanlı, 40 min amerikalı, 32 min rusiyalı, 31 min yapon, 29 min koreyalı və 15 min ukraynalı intihar edir. İntiharçıların 30%-ə qədərinin yaşadığı Çində buna qarşı uzun illəridir ki, dövlət xətti ilə mübarizə aparılır. Ekspertlər intihar faktlarının xüsusən, keçmiş kommunist respublikalarında daha çox baş verdiyini hesablayıb.

 

Ümumdünya Səhiyyə Təşkilatı intiharın ümumlikdə, 800 ayrı-ayrı növünü hesablayıb. Onlar arasında ən geniş yayılmış intihar növləri özünü asma, odlu silahdan atəş, hündürlükdən tullanma, yandırma, dərman zəhərlənməsi, qatar altına atma, avtomobil qəzası törətmə, dəm qazından zəhərlənmə və s. daxildir.

 

Regiondan asılı olaraq intihar metodları da fərqlidir. Belə ki, Çin sakinləri daha çox dərmanla zəhərlənməyə, odlu silahın açıq satışda olduğu ABŞ-da tapançadan isitfadə edərək həyatla vidalaşma, Tailandda isə özünü yandırmadan geniş isitfadə olunur.

İntiharçıların 47%-i asma, 28%-i dərmanla zəhərlənməyə, 13%-i hündürlükdən tullanmaya və s. üstünlük verir.    

 

Hesablamalara görə, kişiəlr qadınlara nisbətən daha radikal intihar varinatları seçir. Bu na görə onlar arasında ölüm halları daha yüksək olur. Maraqlıdır ki, subay yaxud dul qalanlar evil adamlarla müqayisədə 3 dəfə daha çox intihar edir. Bundan başqa, müxtəlif sənət peşələri arasında musiqiçilər, tibb bacıları, maliyyəçilər, psixiatrlar və stomotoloqlar daha çox intihara meylli sayılır. Kitabxanaçı və satıcı peşlərinin saihbləri arasında intihar ehtimalı isə digər peşələrlə müqayisədə ən aşağı səviyyədədir.

 

Depressiya, manyakal-depressiv psixoz, şizofreniya, alkoqolizm, uşaqlıqda cinsi zorakılığa uğrayanlar. işsizlər, ailəsində intiharçılar olan, epilepsiya, skleroz, QİÇS kimi xəsətliklərdən əziyyət çəkənlər və s. intihar riski qrupuna daxildirlər.

Çoxsaylı araşdırmalar müharibə dövründə intiharçıların sayının kəskin azaldığını göstərir.

 

Pataloqoanatomların sözlərinə görə, intiharçıların beynindəki hormonal funksiyalar dəyişir. Ənənəvi olaraq yaxşı əhval-ruhiyyədən xəbər verən serotonin hormonu bu zaman azalır.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır