Modern.az

Cocuq Mərcanlıda son DURUM

Cocuq Mərcanlıda son DURUM

Aktual

8 Avqust 2017, 15:08

İyulun 18-də Cəbrayılın Cocuq Mərcanlı kəndinə I köç başa çatıb. İlkin mərhələdə kəndə 10 hektar ərazidə fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. 

 

Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülüb. 

 

Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlərdə 50 ailə yaşayır.

 

Cəbrayılın Cocuq Mərcanlı inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov Modern.az-a deyib ki, hazırda kənddə həyat tam normal davam edir:

 

“Hər bir şəraitimiz var: işıq, su, qaz, internet. Bura bizim əzəli yurdumuzdur, ona görə də alışmaq çətin olmadı”.

Kənd rəsmisi bildirib ki, hazırda tikintinin ikinci mərhələsinə start verilib:

 

“İşlər sürətlə davam etdirilir. Artıq beşə yaxın evin dam örtüyü də vurulub. İnşallah tez bir zamanda bütün evlərin tikintisi yekunlaşacaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir