Modern.az

İşəgötürənlər nazirliyin tələbinə məhəl qoyurlarmı...

İşəgötürənlər nazirliyin tələbinə məhəl qoyurlarmı...

Aktual

8 Avqust 2017, 17:30

Havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) işəgötürənlərə müraciət edərək bildirib ki, yay mövsümündə kəskin isti hava şəraitinin mövcud olduğu vaxtlarda işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən zəruri tədbirlər görülsün. 

 

ƏƏSMN-nin İctimaiyyətlə əlqələr şöbəsinin müdiri Elman Babayev Modern.az-ın sorğusuna cavab verərkən bildirib ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır:

“Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli və işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir. Həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir”.

 

E.Babayevin sözlərinə görə, iş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir. 


O deyib ki, belə hallarla üzləşdikdə nazirliyin 142 Çağrı mərkəzinə müraciət oluna bilər.

Qeyd edək ki, artıq bir neçə gündür paytaxt və bölgələrdə havanın temperaturu 41 dərəcəni keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyulun 9-u üçün açıqladığı proqnozda temperaturun 43 dərəcəyə yüksələcəyini bildirilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir