Modern.az

Güclü yağışlar Rusiyada həyatı iflic etdi

Güclü yağışlar Rusiyada həyatı iflic etdi

8 Avqust 2017, 21:15

Güclü yağışlar Rusiyanın Primorski əyalətində ciddi problemlər yaradıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, indiyədək 34 yaşayış sahəsində fövqəladə vəziyyət elan edilib.

Məlumata görə, 2 mindən çox ev, 12 magistral və dəmir yolu seldən böyük zərər görüb.

Bundan əlavə, 436 nəfərin də müvəqqəti sığınacaqlarda məskunlaşdığı bildirilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi