Modern.az

Yaşınızdan asılı olmayaraq POTENSİYA ZƏİFLİYİ PROBLEMİNİN HƏLLİ

Yaşınızdan asılı olmayaraq POTENSİYA ZƏİFLİYİ PROBLEMİNİN HƏLLİ

Ədəbi̇yyat

8 Avqust 2017, 22:01

Statistik göstəricilərə görə dünyanın 21 yaşından yuxarı hər 10 kişisindən biri potensiya zəifliyindən əziyyət çəkir. Bu sahədə proqnozlar isə vəd edir ki, göstərilən rəqəm yaxın on ildə 5-ə düşəcək. Göstəricilər cinsi zəiflik təhlükəsindən qorunmaq üçün ciddi tədbirlərin həyata keçirmək zəruriliyinə əsas verir.

Modern.az saytının sağlamlıq mövzusu ilə bağlı növbəti yazısı da məhz bu haqdadır.

Potensiya zəifliyinə qarşı necə mübarizə aparmaq olar?

Bununla bağlı müxtəlif üsullar, müalicələr, kimyəvi və təbii vasitələr mövcuddur. Xalq təbabətinin təqdim etdiyi bitki isə kişiləri istənilən yaşda cinsi zəiflik təhlükəsindən qorumağa qadirdir.

Hələ çox qədim zamanlardan yunanlar kərəviz bitkisindən təbii afrodiziak kimi geniş istifadə ediblər. Müasir dövrdə isə mütəxəssislər kərəvizin kişi orqanizminə təsirini “aptek dərmanları”nın təsirindən güclü sayırlar.

Kərəvizdən istifadə edildikdə kişi orqanizmində cinsi hormon sayılan androsteron daha çox istehsal olunur ki, bu da kişilərin cinsi fəallığına istənilən kimyəvi dərman pereparatlarından qat-qat güclü təsir göstərir. Müntəzəm olaraq kərəviz bitkisinin şirəsini içməklə kişilər intim həyatlarındakı problemləri təbii yolla aradan qaldıra bilərlər.

Kərəviz bitkisi potensiyaya müsbət təsir göstərməklə yanaşı həm də prostat vəz, böyrək, sidik kisəsi və sidik yolları xəstəliklərinə qarşı ən yaxşı profilaktik vasitələrdən biridir. Həmçinin bu bitki kişi spermasının keyfiyyətinə də müsbət təsir göstərir.

Kərəviz bitkisinin faydalı xüsusiyyətləri təkcə cinsi fəallığa təsiri ilə bitmir. O qan təzyiqini normada saxlayır, sidikqovucu xassəyə malikdir, ürək və damar xəstəlikləri üçün faydalıdır, maddələr mübadiləsini tənzimləyir, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, böyrək daşlarının tökülməsinə şərait yaradır, zülalların orqanizm tərəfindən mənimsənilməsini asanlaşdırır, qanı təmizləyir.

Ümumiyyətlə kərəviz bitkisinin insan orqanizminə müsbət təsirini, sağlamlıq üçün faydalarını saymaqla qurtarmaq olmaz. Sadəcə kiçik bir məbləğ xərcləyib onu süfrələrin bəzəyinə çevirmək lazımdır.

Kərəvizdən istənilən formada, şirəsini çəkməklə, salatlara əlavə etməklə istifadə etmək olar.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir