Modern.az

Azərbaycanda 11 uşağı gün vurub

Azərbaycanda 11 uşağı gün vurub

9 Avqust 2017, 10:42

İyunun 1-dən indiyədək günvurma ilə bağlı Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 93 müraciət daxil olub.

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilov məlumat verib.

Nazirlik rəsmisi qeyd edib ki, müraciət edənlərdən 36 nəfəri xəstəxanalara yerləşdirilib:

“Həmin şəxslərə bütün zəruri təcili yardım göstərilib. Xəstələr ambulator müalicənin davam etdirilməsi üçün evə buraxılıb”.

O, günvurma ilə müraciət edənlərdən 11 nəfərinin azyaşlı olduğunu qeyd edib.

C.Xəlilov günvuran şəxslər arasında ölüm halının qeydə alınmadığını bildirib.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər