Modern.az

40 min abituriyent seçimini yekunlaşdırıb

40 min abituriyent seçimini yekunlaşdırıb

9 Avqust 2017, 11:44

Artıq ali məktəbələrə qəbul üçün ixtisas seçimi başa çatmaq üzrədir. Belə ki, 2017-2018-ci tədris ili üzrə ali məktəblərin bakalavr pilləsində təhsil üçün müsabiqəyə buraxılan abituriyentlərin ixtisas seçimi sabah - avqustun 10-u bitir.

Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a verilən məlumata görə, bu satadək 40488 abituriyent bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrini təsdiq edib:

“I qrupda Azərbaycan bölməsi üzrə 12430, rus bölməsi üzə 1307 , II qrupda Azərbaycan bölməsi üzrə 10665, rus bölməsi üzə 1329, III qrupda Azərbaycan bölməsi üzrə 9750, rus bölməsi üzə 715, IV qrupda Azərbaycan bölməsi üzrə 2640, rus bölməsi üzə 228 abituriyent ixtisas seçimini yekunlaşdırıb. Yalnız V qrup orta ixtisasda isə Azərbaycan bölməsi üzrə 1226, rus bölməsi üzrə 198 abitruyent seçimini təsdiqləyib”.

Qeyd edək ki, nəticələr hər dəqiqə yenilənir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər