Modern.az

Dünyanın ən gənc və ən yaşlı məhkumları - FOTOLAR

Dünyanın ən gənc və ən yaşlı məhkumları - FOTOLAR

9 Avqust 2017, 14:02

Bəzən yeniyetməlik yaşlarında törədilən cinayətin nəticələri o qədər ağır olur ki, femida həmin şəxsə qarşı ən sərt qərarları qəbul edir. Son illərdə Qərb ölkələrində yeniyetmə, hətta 11-12 yaşlarında uşaqların törətdikləri ağır cinayətə görə ömürlük həbs cəzasına layiq görüldükləri məlumdur.

 

Məsələn, ABŞ-ın Pensilvaniya ştatındakı Lorens şəhərində 2009-cu ilin fevralında 11 yaşlı Cordan Braun törətdiyi ağır cinayətə görə ömürlük həbs cəzası almışdı. Belə ki, o, həmin gün hamiləliyinin 9-cu ayında olan analığı Kenzi Hoeki atasının tüfəngindən atəş açaraq qətlə yetirmişdi.

 

Ştatın cinayət qanunvericiliyi Cordan Braunu cinayətin soyuqqanlı törədilməsinə görə yetkinlik yaşına çatmış şəxs kimi mühakimə olunmasına qərar verdi. 11 yaşlı Braun 2 dəfə ömürlük azadlıqdan məhrum olunub. O heç zaman azadlığa çıxa bilməyəcək.

Qeyd etmək lazımdır ki, əgər Braun yetkinlik yaşına çatmamış şəxs kimi mühakimə olunsaydı o, 10 il müddətinə azadlıqdan məhrum olunacaqdı.

 

ABŞ BMT-nin uşaqların müdafiəsi ilə bağlı konvensiyasını ratifikasiya etməyən 2 ölkədən biri olduğu üçün məhkəmənin ömürlük həbs cəzası heç bir beynəlxalq konvensiyanı pozmur.

 

2011-ci ilin martında Florida ştatının Ceksonvil şəhərində baş verən cinayət də ABŞ femidasının sərtliyini isbat etdi. Belə ki, 2 yaşlı qardaşını ölümcül döyərək öldürən 12 yaşlı Kristian  Fernandes də məkhəmənin qərarı ilə yetkinlik yaşına çatmış şəxs kimi ömürlük azadlıqdan məhrum olunmuşdu. Baş prokuror Anjela cəmiyyəti Kuri Fernandes kimi soyuqqanlı və amansız cinayətkardan qorumaq üçün onu böyüklərin məhkəməsində mühakimə etidklərini deyib. Nəticədə 12 yaşlı Fernandes ömürlük həbs cəzası alıb.

 

ABŞ-ın əksər ştatları vətəndaşlarını 10 yaşından başlayaraq cinayət məsuliyyətinə cəlb edir. İsveçrə və Böyük Britaniyada da analoji qanun qüvvədədir.

 

Avropa Birliyi ölkələrində isə cinayət məsuliyyətinə 13 yaşdan başlayaraq cəlb olunurlar.

 

Ən yaşlı məhbuslara gəlincə, tarixdə ən yaşlı məhbus avstraliyalı Billi Uolles (1881-1989) olub. Belə ki, 1925-ci ilin dekabrında Melburq şəhərində restoranların birində müştərini öldürən Uolles psixi problemləri olduğu üçün Ararat şəhərindəki psixiatrik xəstəxanaya yerləşdirilmişdi. O, 1989-cu ilin iyulun 17-də 108 yaşını qeyd etməyə 1 ay qalmış həmin xəstəxanada keçinib.

 

Bu yaxınlarda isə Yaponiya ən yaşlı məhbus Takesiqe Xamada vəfat edib. 91 yaşlı məhbus 1968-1970-ci illər ərzində törətdiyi 3 qətl hadisəni görə ölüm cəzasına məhkum edilmişdi. Lakin çoxsaylı appelasiyalar onun 47 il ərzində edam olunmasına mane olub. Xamada 2017-ci il iyulun 26-da həbsxanada keçinib.

 

ABŞ-da isə 80 yaşlı Cozef Liqon həbsxanada keçirdiyi illərin sayına görə vurub. 16 yaşı olarkən 2 nəfəri bıçaqlayaraq qətlə yetirən qararədili gənc 67 ildir ki, həbsxanada cəza çəkir. ABŞ məhkəməsi onu 2016-cı ildə əfv etsə də, həbsxananı tərk etməkdən imtina edib və özünə bəraət istəyib.

 

Vüqar İSMAYILOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir