18 iyun 2018, Bazar ertəsi
Ana Səhifə - PARLAMENT - Mandatı ləğv edilmiş deputatlar - Onların deputat kreslosunu itirmələrinin SƏBƏBLƏRİ - SİYAHI  
Mandatı ləğv edilmiş deputatlar - Onların deputat kreslosunu itirmələrinin SƏBƏBLƏRİ - SİYAHI  
09.08.2017, 14:11

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanunun tətbiqi barədə sərəncam imzalayıb.  Sərəncamla Nazirlər Kabinetinə qanunla bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

 

Bu qanuna əsasən, deputat bir sıra hallarda mandatından məhrum edilə bilər. Hətta tezliklə mandatdan məhrum edilə biləcək deputat namizədin də açı çəkilir - Astan Şahverdiyev.

 

Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyev saytımıza açıqlamasında deyib ki, rəhbərlik etdiyi komissiya sentyabrda növbəti dəfə qalmaqallı fikirlər səsləndirən deputat Astan Şahverdiyevə görə toplanacaq.  

 

“Əgər komissiya Astan Şahverdiyevin bu çıxışının heç bir çərçivəyə sığmadığını görsə,  sözsüz ki, Astan Şahverdiyev deputat mandatını itirəcək”-deyə A.Abıyev bildirib. 

 

Qeyd edək ki, bundan əvvəllər də bir sıra deputatların səlahiyyətlərinə xitam verilib? Amma səbəblər müxtəlif olub.

 

Modern.az saytı əvvəllər səlahiyyətlərinə xitam verilmiş deputatların adlarını dəqiqşləşdirməyə çalışıb.

 

IV çağırış Milli Məclisin üzvü olmuş Mübariz Qurbanlı 21 iyul 2014-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinə sədr təyin edildikdən sonra Mərkəzi Seçki Komissiyası tərəfindən deputat səlahiyyətlərinə xitam verildi.
Qanunda da göstərilib: Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə qərar verməlidir.

 

Deputat səlahiyyətlərinə xitam verilmiş şəxslərdən biri də 19 saylı Nərimanov birinci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Əli Əhmədov olub.
2013-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icra katibi postunu tutan Əli Əhmədov oktyabrın 22-də prezident İlham Əliyevin sərəncamı ilə baş nazirin müavini təyin edilib. Konstitusiyanın 85-ci maddəsinə görə, icra hakimiyyəti sistemlərində qulluq edən şəxs Milli Məclisin deputatı ola bilməz. Ona görə də 2013-cü ilin noyabrın 12-də Mərkəzi Seçki Komissiyası deputat Əli Əhmədovun mandatına xitam verib.

 

Asəf Hacıyev də deputat mandatı ləğv edilmiş eks-parlamentarilərdəndir. Onun deputatlıq fəaliyyətinə 2015-ci ildə xitam verilib. Asəf Hacıyev 9 dekabr 2014-cü ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi seçilib. Bundan sonra könüllü olaraq, deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət edib. Asəf Hacıyev parlamentdə 8 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edib.

Mandatını itirmiş keçmiş deputatlardan biri də Gülər Əhmədovadır. Gülər Əhmədova deputatlıqdan könüllü olaraq imtina etməsi barədə müraciətini aidiyyəti üzrə baxılmaq üçün Mərkəzi Seçki Komissiyasına göndərilib.  2012-ci ildə G.Əhmədovanın məsələsi MSK-da  səsverməyə çıxarılıb, nəticədə onun deputat mandatı ləğv edilib.
Qeyd edək ki, 2012-ci ilin sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb. Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb. Onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Keçmiş deputat Hüseyn Abdullayevin də mandatı əlindən alınıb. H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilib. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə digər deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava olmuşdu. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alındı, özü isə həbs olundu. Sonradan isə o azadlığa buraxıldı.  
2010-cu ildə Hüseyn Abdullayev 25 saylı Nizami II seçki dairəsindən növbəti dəfə deputat seçilmək istəsə də, o namizəd kimi qeydə alınmadı.

 

110 saylı dairədən deputat seçilmiş Hikmət Atayev avtomobil qəzasında həlak olduğuna görə, onun mandatı ləğv edilib.


Daha bir deputatın adı 2005-ci ilin parlament seçkiləri zamanı gündəmə gəldi. Həmin ilin oktyabrında Azərbaycanda dövlət çevrilişnə cəhd ittihamı ilə bir sıra yüksək rütbəli məmurlar həbs edildilər. Bunların sırasında iqtisadi inkişaf naziri Fərhad Əliyev, səhiyyə naziri Əli İnsanov, Prezident Administrasiyasının işlər müdiri Akif Muradverdiyevlə yanaşı, Milli Məclisin deputatı Fikrət Sadıqov da var idi. Sumqayıtdan Milli Məclisə deputat seçilmiş Fikrət Sadıqov uzun illər bu şəhərin kimya zavodlarına rəhbərlik etmişdi. Milli Məclis dövlət çevrilişinə cəhddə ittham olunan deputatı Baş Prokurorluğun parlamentə müraciətindən sonra toxunulmazılq hüququndan məhrum etdi. F.Sadıqov bir müddət ev dustağı edildikdən sonra ictimai diqqətdən kənarda qaldı. O, hazırda Milli Elmlər Akademiyasının institutunda çalışır. 


2003-cü ildə keçirilən prezident seçkiləri zamanı baş verən qarşıdurmanın nəticəsi o zaman Milli Məclisin deputatı İqbal Ağazadə üçün ağır oldu. Seçkilərdə blok yaratmış İqbal Ağazadə ilə Müsavat başqanı İsa Qəmbərin  tandemi seçki kampaniyasının aktiv hissəsini üzərinə götürsə də, 15-16 oktyabr 2003-cü ildə baş verən vətəndaş qarşıdurması nəticəsində ciddi fəsadlara gətirdi. Deputat İqbal Ağazadəyə “kütləvi iğtişaş” maddəsi ilə cinayət işi açıldı və həbs olundu. Parlament onun toxunulmazlıq hüququnu əlindən aldı və deputatlıq mandatı ləğv olundu.  2005-ci ilə qədər həbsdə yatan eks-deputat sonradan prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə azadlığa çıxdı.


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Onlayn taksi sifarişi xidmətlərinin sayı artacaq
18.06.2018, 17:00

Onlayn taksi sifarişi xidmətlərinin sayı artacaq

Salyan sakini intihar edib
18.06.2018, 16:52

Salyan sakini intihar edib

“Mərkəzi Bankın açıqlaması dolayısıyla FED-dən asılılıq deməkdir”  
18.06.2018, 16:36

Mərkəzi Bankın açıqlaması dolayısıyla FED-dən asılılıq deməkdir  

Ermənistanda hakimiyyət qarşıdurması - Xüsusi xidmətin rəhbərini neytrallaşdırmaq istəyirlər
18.06.2018, 16:22

Ermənistanda hakimiyyət qarşıdurması - Xüsusi xidmətin rəhbərini neytrallaşdırmaq istəyirlər

Məşhur səyyahın 500 il əvvəl kraliçaya yazdığı məktub tapıldı
18.06.2018, 16:11

Məşhur səyyahın 500 il əvvəl kraliçaya yazdığı məktub tapıldı

18.06.2018, 15:48

"Lotu Quli"nin adamları saxlanıldı - ƏMƏLİYYAT

Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıb
18.06.2018, 15:36

Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıb

Dünya çempionatında  Messiyə göz açmağa imkan verməyən fabrik işçisi - FOTO
18.06.2018, 15:14

Dünya çempionatında  Messiyə göz açmağa imkan verməyən fabrik işçisi - FOTO

“Facebook” uşaqlar üçün bunu  qadağan etdi
18.06.2018, 15:00

“Facebook” uşaqlar üçün bunu  qadağan etdi

Dünya çempionu velosipeddən yıxılaraq dünyasını dəyişib
18.06.2018, 14:45

Dünya çempionu velosipeddən yıxılaraq dünyasını dəyişib

Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçiriləcək
18.06.2018, 14:29

Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçiriləcək

İŞİD Suriyada əsas istinadgahını itirib
18.06.2018, 14:18

İŞİD Suriyada əsas istinadgahını itirib

Güclü külək və leysan 500 ailəyə ziyan vurub
18.06.2018, 14:07

Güclü külək və leysan 500 ailəyə ziyan vurub

“Yüksək bal toplayan müəllimlərə hələ tam bilikli pedaqoq kimi baxmaq olmaz” - Ekspertdən İRAD  
18.06.2018, 13:47

“Yüksək bal toplayan müəllimlərə hələ tam bilikli pedaqoq kimi baxmaq olmaz” - Ekspertdən İRAD  

Rəsmi Bakıdan deputatın həbsinə REAKSİYA: “Qriqoryan Xocalı soyqırımında iştirak edib”  
18.06.2018, 13:32

Rəsmi Bakıdan deputatın həbsinə REAKSİYA: “Qriqoryan Xocalı soyqırımında iştirak edib”  

Ötən gün 76 cinayət faktı qeydə alınıb
18.06.2018, 13:14

Ötən gün 76 cinayət faktı qeydə alınıb

Bakıda intihara cəhd - özünü damdan atmaq istədi
18.06.2018, 13:03

Bakıda intihara cəhd - özünü damdan atmaq istədi

Azərbaycanda tanınmış QHT rəhbəri niyə həbs olundu? - SƏBƏB
18.06.2018, 12:58

Azərbaycanda tanınmış QHT rəhbəri niyə həbs olundu? - SƏBƏB

Bakıda 1500-dən çox pivə bakalı oğurlayan şəxs saxlanıldı
18.06.2018, 12:52

Bakıda 1500-dən çox pivə bakalı oğurlayan şəxs saxlanıldı

Sabahın hava PROQNOZU - Bakıda 31 dərəcə isti
18.06.2018, 12:48

Sabahın hava PROQNOZU - Bakıda 31 dərəcə isti

Şimali və Cənubi Koreya arasındakı müharibəyə bu tarixdə SON QOYULACAQ
18.06.2018, 12:29

Şimali və Cənubi Koreya arasındakı müharibəyə bu tarixdə SON QOYULACAQ

Yaponiyada zəlzələnin dəhşətli fəsadları - 230 nəfər.... - YENİLƏNİB
18.06.2018, 12:16

Yaponiyada zəlzələnin dəhşətli fəsadları - 230 nəfər.... - YENİLƏNİB

Türkiyə Antarktikada elmi baza yaradacaq
18.06.2018, 11:59

Türkiyə Antarktikada elmi baza yaradacaq

Alimlər döş xərçənginin qarşısını almağın asan yolunu aşkarladılar
18.06.2018, 11:42

Alimlər döş xərçənginin qarşısını almağın asan yolunu aşkarladılar

“Qara qızıl” ucuzlaşır
18.06.2018, 11:16

“Qara qızıl” ucuzlaşır

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2%-dən çox artıb
18.06.2018, 11:02

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2%-dən çox artıb

Neymar son 20 ilin antirekordunu təzələdi - DÇ tarixində...
18.06.2018, 10:49

Neymar son 20 ilin antirekordunu təzələdi - DÇ tarixində...

Azərbaycanlılara qəddarlıq etmiş erməni generalın oğlu da istefa verdi - ŞOK FAKTLAR - VİDEO
18.06.2018, 10:44

Azərbaycanlılara qəddarlıq etmiş erməni generalın oğlu da istefa verdi - ŞOK FAKTLAR - VİDEO

ABŞ koalisiyası Suriya ordusuna zərbə endirib
18.06.2018, 10:35

ABŞ koalisiyası Suriya ordusuna zərbə endirib

Ermənistan atəşkəsi 102 dəfə pozdu
18.06.2018, 10:32

Ermənistan atəşkəsi 102 dəfə pozdu

Azərbaycanda aqrar sektor 9% böyüyüb
18.06.2018, 10:30

Azərbaycanda aqrar sektor 9% böyüyüb

Yaponiyadakı zəlzələdə ölən və yaralananlar arasında soydaşlarımız yoxdur - RƏSMİ
18.06.2018, 10:24

Yaponiyadakı zəlzələdə ölən və yaralananlar arasında soydaşlarımız yoxdur - RƏSMİ

Sumqayıtda dənizdə boğulan 51 yaşlı kişinin meyiti tapılıb
18.06.2018, 10:05

Sumqayıtda dənizdə boğulan 51 yaşlı kişinin meyiti tapılıb

DÇ-2018: Bu gün daha 3 oyun keçiriləcək - TƏQVİM
18.06.2018, 09:25

DÇ-2018: Bu gün daha 3 oyun keçiriləcək - TƏQVİM

Əhalinin banklarda 7.8 milyard manat pulu var
18.06.2018, 09:16

Əhalinin banklarda 7.8 milyard manat pulu var

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(16.8%)
Braziliya(16.8%)
Almaniya(15.6%)
İngiltərə(6.02%)
Portuqaliya(13.2%)
İspaniya(4.81%)
Fransa(4.81%)
Belçika(1.20%)
Seneqal(2.40%)
Rusiya(18.0%)