Modern.az

Naməlum silahlılar oteli ələ keçirdi

Naməlum silahlılar oteli ələ keçirdi

Dünya

9 Avqust 2017, 20:16

Naməlum silahlı şəxslər Latviyanın paytaxtı Riqanın mərkəzindəki mehmanxananı ələ keçiriblər. Modern.az  "Report"a istinadən xəbər verir ki, bunu Latviya dövlət polisinin nümayəndəsi Samant Çapkosk bildirib.

Onun sözlərinə görə, hadisəyə səbəb hotelin sahibi ilə icarədar arasında münaqişənin yaranması olub: “Onların arasında hüquqi müstəvidə mübahisə yaranıb. Məsələ ilə bağlı araşdırma aparılır. Faktla bağlı cinayət işi açılıb”.

Hadisə Köhnə Riqa ərazisində yerləşən “Hotel Garden Palace”də baş verib. Hoteli idarə edən Uldis Skudra bildirib ki, naməlum silahlı şəxslər binaya daxil olaraq hotelin nömrələrinə soxulmağa başlayıb, müştərilərdən birini küçəyə qovublar: “İşlər iflic vəziyyətə düşdüyündən mehmanxananın sahibi məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi