Modern.az

Trampın seçki qərargahının sabiq rəhbərinin evində axtarış aparılıb

Trampın seçki qərargahının sabiq rəhbərinin evində axtarış aparılıb

Dünya

9 Avqust 2017, 23:05

ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) agentləri prezident Donald Trampın seçki qərargahının keçmiş rəhbəri Pol Manafortun Virciniya ştatındakı evində axtarış aparıb. Modern.az "Report"a istinadən xəbər verir ki, bu barədə "ABC" teleşirkəti məlumat yayıb.

Teleşirkətin ABŞ-ın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yaydığı məlumatda qeyd olunur ki, bununla bağlı order iki həftə əvvəl, Rusiyanın 2016-cı ildə Birləşmiş Ştatlarda keçirilmiş prezident seçkilərinə müdaxiləsinin təhqiqatı çərçivəsində verilib.

Pol Manafortun nümayəndəsi ABŞ mətbuatına açıqlamasında faktı təsdiqləyib. "FTB agentləri cənab Manafortun iqamətgahlarından birində axtarış aparmaq üçün orderdən istifadə ediblər", - deyə onun açıqlamasında bildirilir.

O, həmçinin qeyd edib ki, Manafort hüquq-mühafizə orqanları və digər rəsmi strukturlarla daim əməkdaşlıq edir. Hələlik axtarışların nəticəsi barədə məlumat verilmir.

Qeyd edək ki, Pol Manafort ötən ay əcnəbi agent kimi qeydiyyata alınıb. ABŞ hakimiyyəti onun keçmişdə Ukrayna hökumətinin maraqlarına işləməsi barədə məlumatlandırılıb. O, Avropa və keçmiş SSRİ ölkələrindəki biznesi ilə əlaqədar silsilə qalmaqallardan sonra ötən ilin avqustunda Trampın seçki qərargahındakı vəzifəsini tərk etməyə məcbur olub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir