Modern.az

Qaçaqmalçılar 120 yeniyetmə miqrantı suya atdı: 49 ölü

Qaçaqmalçılar 120 yeniyetmə miqrantı suya atdı: 49 ölü

9 Avqust 2017, 23:36

Yaşadıqları ölkələrdəki dözülməz vəziyyətdan canlarını qurtarmaq istəyən miqrantlar bu dəfə də sulara qərq olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu dəfə Yəmən sahillərində qayıqda miqrantları daşıyan qaçaqmalçılar Efiopiya və Somalidən olan 120 yeniyetməni suya atıb.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, qaçaqmalçılar sahil mühafizəsi gəmilərinə bənzəyən gəmiləri gördükdən sonra yeniyetmələri qayıqdan tullayıblar. Axtarış-xilasetmə əməliyyatı nəticəsində ərazidən 29 yeniyetmə miqrantın meyiti aşkarlanıb. Daha 22 miqrant hələ də itkin sayılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu