Modern.az

Deməyin ki, cavan olmaram bir də mən... - “ƏBƏDİ CAVANLIQ” ELİKSİRİ

Deməyin ki, cavan olmaram bir də mən... - “ƏBƏDİ CAVANLIQ” ELİKSİRİ

Ədəbi̇yyat

10 Avqust 2017, 08:57

Mütəxəssislərin qənaətinə görə insanın daxili orqanları tam 120 il müddətinə normal fəaliyyət göstərməyə qadirdir. Sadəcə onların qayğısına qalmaq, orqanizmi vaxtsız qocalmadan qorumaq lazımdır. Cavanlığın ömrünü uzatmaq, yaşından asılı olmayaraq gümrah, sağlam və cavan görünmək üçün xalq təbabətində minilliklərin sınağından çıxmış bir çox vasitə və üsullar var.

Modern.az saytı sağlamlıqla bağlı növbəti yazıda cavan qalmağın daha bir sirrini, “Əbədi cavanlıq” adlandırılan eliksir haqında yazını təqdim edir.

Bu eliksiri hazırlamaq üçün aşağıdakı bitkilər lazımdır:

1. Çobanyastığı çiçəyi

2. Qaxoti

3. Solmazçiçəyi

4. Tozağacı tumurcuqları

Sadalanların hər birindən eyni miqdarda, 100 qram götürülür və üzərinə qaynar su əlavə edilir. 20 dəqiqə dəmdə saxladıqdan sonra süzülür. Beləliklə “Əbədi cavanlıq” eliksiri istifadəyə hazırdır.

Eliksir ilıq halda gün ərzində iki dəfə 1 stəkan qəbul edilir. Səhər yeməyindən 20 dəqiqə əvvəl, axşam yeməyindən 2 saat sonra. Axşamlar eliksiri içdikdən sonra qida və maye qəbulu məsləhət görülmür. Zövqə uyğun bir çay qaşığı bal da əlavə etmək olar.

Kursun müddəti bir aydır və hər beş ildən bir təkrar olunmağı tövsiyə edilir.

“Əbədi cavanlıq” eliksiri orqanizmə nələri vəd edir?

1. Orqanizm sağlamlıq üçün problemlər yaradan zərərli maddələrdən təmizlənir.

2. Orqanizmin normal fəaliyyəti üçün vacib olan maddələr mübadiləsi tənzimlənir.

3. Ürək, qaraciyər, böyrək və mədəaltı vəzin fəaliyyəti yaxşılaşır.

4. Damarların divarlarının elastikliyini təmin edir.

5. İnfarkt və yüksək qan təzyiqinin qarşısını alır.

6. Vaxtsız dəri qarışlarının yaranmasına mane olur, dərinin təravətli qalmasını təmin edir.

Göründüyü kimi “Əbədi cavanlıq” eliksirinin hazırlanması olduqca sadə və asandır. Siz də ondan bəhrələnin və deməyin, cavan olmam bir də mən...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu