14 dekabr 2017, Cümə axşamı
Ana Səhifə - MƏDƏNİYYƏT - Gözünüzü ekrana zilləyib əlinizi boşqaba uzatmayın - SAĞLAMLIĞINIZ ÜÇÜN XƏBƏRDARLIQ
Gözünüzü ekrana zilləyib əlinizi boşqaba uzatmayın - SAĞLAMLIĞINIZ ÜÇÜN XƏBƏRDARLIQ
10.08.2017, 09:46

Müşahidələr deməyə əsas verir ki, günü-gündən səhhətindən şikayətlənən insanların sayı çoxalır. Bunun bir çox səbəbləri var və səbəblərin bir çoxunu da yaradan insanın özüdür. Əgər kimsə gündəlik olaraq hər axşam yerini divanda rahatlayıb, qarşısına dolu bir boşqab qoyub gecə yarıyadək gözlərini televizora zilləyirsə, həmin kəsin səhər tezdən özünü gümrah hiss etməsi və ümumiyyətlə sağlam olması mümkünsüz bir məsələdir. Təbii ki, bu vərdişin ağır fəsadları özünü birdən-birə büruzə vermir, o, zaman-zaman müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır.

Modern.az saytının sağlamlıqla bağlı növbəti yazısı da məhz bu haqdadır.

İnanmaq çətindir ki, kiminsə evində televizor olmasın. Böyükdən kiçiyə hamını özünə cəlb edən televizor hazırda demək olar ki, bütün ofislərdə, idarələrdə, ictimai iaşə müəssisələrində, hətta rayonlara gedən avtobuslarda da özünə “yer” tapıb. Və əksər insanlar aylıq qazanclarını qənaətlə xərcləyərək yeni bir televizorun, yaxud da mənzillərində ikinci, üçüncü televizorun olması üçün “arxaya” pul da atırlar.  Səbəbi isə aydındır. Hərənin öz “pultu” olsun. Çünki əksər  insanlar ən yorğun vaxtlarında belə rahatlıqlarını ekran qarşısında tapırlar. Həqiqətənmi televizor insanlara bu qədər rahatlıq verir? Əslində yox. Bu “rahatlığın” arxasında insan sağlamlığına kifayət qədər ciddi zərbələr vuran bir çox amillər var.

Mütəxəssislərin qənaətinə görə, gün ərzində üç saatdan artıq televizorun qarşısında əyləşmək ömrü qısaldır. Bu hansı səbəblərdən baş verir?

İlk növbədə saatlarla ekran qarşısında oturmaq indi əksər insanların ən böyük bəlası sayılan oturaq həyat tərzi üçün “əla” şərait yaradır. Belə həyat tərzinin törətdiyi fəsadlar isə hamımıza yaxşı məlumdur.

2 saatdan artıq ekran qarşısında əyləşmək beyinin fəaliyyətinə mənfi təsir göstərməklə yanaşı onun strukturunu da dəyişir.

Saatlarla televizora baxmaq vaxtından əvvəl görmə qabiliyyətini zəiflədir və bir çox göz xəstəliklərinin meydana gəlməsinə şərait yaradır.

Televizora hədsiz aludəçilik bədənin piylənməsinə gətirib çıxarır. Adətən insanlar bu “rəngli qutu”nu seyr edərkən qeyri-ixtiyari ağızlarını boş qoymurlar.

Televizor sağlam və normal yuxuya mane olan ən güclü vasitələrdən biridir. Xüsusilə gecədən xeyli keçmişə qədər televizor qarşısında əyləşən insanlar sinir və yuxu problemləri ilə daha tez-tez rastlaşırlar.

İnsan özü də bilmədən daha səmərəli keçirə biləcəyi vaxtı televizorin qarşısında sərf edir. Televizorun “cazibə” qüvvəsi insanı mütaliədən, idmandan, gəzintidən və ən nəhayət doğmaları ilə ünsiyyətdən məhrum edir.

Bu rəngli və sehrli “qutu”nun zərərlərindən biri də insanın psixikasına mənfi və aldadıcı təsir göstərməsidir.

Uzun müddət televizor qarşısında əyləşmək uşaqlar üçün daha zərərlidir.

Uşaqlarda özünəqapılmaq, autizm xəstəliyi, nitq qüsurunun yaranmasının əsas səbəblərindən biri məhz televizor aludəçiliyidir.

Həmçinin uşaqlarda tez-tez rast gəlinən dayaq hərəkət sistemindəki problemlər valideyn nəzarətsizliyi ucbatından televizor qarşısında saatlarla düzgün olmayan formada oturmağın nəticəsidir.

Mütəxəssislərin rəyinə görə bir yaşına qədər uşaqlar ümumiyyətlə ekran qarşısında olmamalıdırlar. 1-3 yaşda olanlar isə gün ərzində 15 dəqiqə televizora baxa bilər. O da yalnız yaşına uyğun cizgi filmlərinə baxmaq şərtilə. Burada bir məsələni də diqqətdə saxlamaq lazımdır ki, cizgi filmi səsli və danışıqlı olsun. Bu uşağın nitqi üçün olduqca vacibdir.

5-7 yaşlarında uşaqların gün ərzində 30-40 dəqiqə, 8-12 yaşlarında 1 saat, 12-14 yaşlarında saat yarım, 14-16 yaşlarında 2 saat televizora baxmaqları məqbul sayıla bilər.

Valideynlər uşqlarının televizora baxa-baxa yemək yemələrinə yol verməməlidirlər. Belə ki, televizora baxan zaman qidalananda mədə şirəsi lazımi qədər ifraz olunmur ki, bu da bir çox xəstəliklərin, mədə xorasının, qastritin yaranmasına səbəb olur.

Psixoloqların qənaətinə görə uşaqların televizor qarşısında çox oturması, xüsusilə də yaşına uyğun olmayan verilişlərə, filmlərə baxması onların psixikasını, sinir sistemini ciddi şəkildə zədələyir. Buna görə də böyüklər uşaqların ekran seçimlərini daima diqqətdə saxlamalıdırlar.

İstər böyüklər, istərsə də azyaşlılar televizora baxarkən ən adi qaydalara riayət etsələr sevimli “qutu”larının ziyanından yaxa qurtara bilərlər.

Birincisi çalışmaq lazımdır ki, gün ərzində ekran qarşısında 2 saatdan artıq vaxt sərf etməyəsiniz.

Ekrana yaxın əyləşməyin. Ən azı ekranla sizin aranızda 2-3 metr məsafə olmalıdır.

Tam qaranlıq otaqda televizora baxmaq düzgün deyil. Buna görə də televizoru işə salanda otağın işığını da yandırmağı unutmayın.

Uzanılı vəziyyətdə televizora baxmaq sizə xoş olsa da sağlamlığınız üçün heç də xoş deyil.

Gözünüzü ekrana zilləyib əlinizi boşqaba uzatmayın. Yemək yeyə-yeyə televizora baxmaq vərdişini yaddan çıxarın. Həmin qida sizə yalnız ziyan gətirəcək.

Və ən nəhayət, elə verilişlərə və filmlərə baxın ki, əhvalınıza və ovqatınıza xoş təsir bağışlasın.

 


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ADU bir gün xəlifələrin ixtiyarına verildi - REPORTAJ  
14.12.2017, 13:41

ADU bir gün xəlifələrin ixtiyarına verildi - REPORTAJ  

Lənkəranda mağaza və aptek qarət edənlər saxlanılıb
14.12.2017, 13:36

Lənkəranda mağaza və aptek qarət edənlər saxlanılıb

İlham Əliyev: “Böyük Britaniya Azərbaycanın ən böyük xarici investorudur” - YENİLƏNİB   
14.12.2017, 13:32

İlham Əliyev: Böyük Britaniya Azərbaycanın ən böyük xarici investorudur” - YENİLƏNİB  

Azercell ölkədə ilk VoLTE texnologiyalı zəngi reallaşdırdı   
14.12.2017, 13:05

Azercell ölkədə ilk VoLTE texnologiyalı zəngi reallaşdırdı  

Ağdaşda 17 yaşlı gənc qısqanclıq zəminində qətlə yetirilib 
14.12.2017, 13:03

Ağdaşda 17 yaşlı gənc qısqanclıq zəminində qətlə yetirilib 

14.12.2017, 13:02

"Əli və Nino" Zaqrebdə təqdim olundu

Saakaşvili Ukraynada qalmaq niyyətindədir
14.12.2017, 13:01

Saakaşvili Ukraynada qalmaq niyyətindədir

Kəmaləddin Heydərov nöqsanlardan DANIŞDI  
14.12.2017, 13:00

Kəmaləddin Heydərov nöqsanlardan DANIŞDI  

Azərbaycandan 900 nəfər başqa ölkələrdəki silahlı dəstələrə qoşulub
14.12.2017, 12:53

Azərbaycandan 900 nəfər başqa ölkələrdəki silahlı dəstələrə qoşulub

Azərbaycanda 16 vəhabi terrorçu məhv edilib
14.12.2017, 12:48

Azərbaycanda 16 vəhabi terrorçu məhv edilib

Bakının "Ekspo 2025" Ümumdünya sərgisinə ev sahibliyinə namizəd olması ilə bağlı təqdimat
14.12.2017, 12:47

Bakının "Ekspo 2025" Ümumdünya sərgisinə ev sahibliyinə namizəd olması ilə bağlı təqdimat

Sabahın hava PROQNOZU
14.12.2017, 12:47

Sabahın hava PROQNOZU

Azərbaycanda botoks etdirən xanımların yaşı cavanlaşıb
14.12.2017, 12:44

Azərbaycanda botoks etdirən xanımların yaşı cavanlaşıb

“Azərbaycan” Nəşriyyatının “ayaqyolu problemi” həll olunur
14.12.2017, 12:36

“Azərbaycan” Nəşriyyatının “ayaqyolu problemi” həll olunur

DİN 3 nəfərin öldüyü qəza haqda məlumat yaydı
14.12.2017, 12:31

DİN 3 nəfərin öldüyü qəza haqda məlumat yaydı

“Rəşid Behbudov heç vaxt ad günü keçirmək istəmirdi” - XATİRƏ   
14.12.2017, 12:27

“Rəşid Behbudov heç vaxt ad günü keçirmək istəmirdi” - XATİRƏ  

Sərdar Cəlaloğlu Putini İslam Birliyinə qoşulmağa çağırdı
14.12.2017, 12:21

Sərdar Cəlaloğlu Putini İslam Birliyinə qoşulmağa çağırdı

Sosial mənzillər şəhərciyindən yeni xəbər var  
14.12.2017, 12:17

Sosial mənzillər şəhərciyindən yeni xəbər var  

Müsavat başqanının müavini istefa verib
14.12.2017, 12:08

Müsavat başqanının müavini istefa verib

Azərbaycan hərbçisi şəhid oldu   
14.12.2017, 12:05

Azərbaycan hərbçisi şəhid oldu  

Ermənistan ABŞ vətəndaşını terrorçuluqda ittiham etdi
14.12.2017, 11:53

Ermənistan ABŞ vətəndaşını terrorçuluqda ittiham etdi

Azərbaycanda 950 qramlıq uşaq doğuldu
14.12.2017, 11:52

Azərbaycanda 950 qramlıq uşaq doğuldu

Dövlət İmtahan Mərkəzindən 17 dekabr imtahanı ilə bağlı XƏBƏRDARLIQ   
14.12.2017, 11:43

Dövlət İmtahan Mərkəzindən 17 dekabr imtahanı ilə bağlı XƏBƏRDARLIQ  

Milli Məclisin sabahkı iclasının gündəliyi dəyişdi  
14.12.2017, 11:38

Milli Məclisin sabahkı iclasının gündəliyi dəyişdi  

Dünya əhalisinin yarısı tibbi xidmət görmür
14.12.2017, 11:36

Dünya əhalisinin yarısı tibbi xidmət görmür

Yol polisi qəza törətdi
14.12.2017, 11:30

Yol polisi qəza törətdi

“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər
14.12.2017, 11:24

“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər

Uçuş aparatları vergidən azad olunur
14.12.2017, 11:15

Uçuş aparatları vergidən azad olunur

2018-ci ildən xam pambığın alış qiyməti artırılacaq
14.12.2017, 11:00

2018-ci ildən xam pambığın alış qiyməti artırılacaq

“Azərişıq”dan borclu abonentlərə XƏBƏRDARLIQ - enerji təchizatı dayandırılacaq
14.12.2017, 10:57

“Azərişıq”dan borclu abonentlərə XƏBƏRDARLIQ - enerji təchizatı dayandırılacaq

Xarici ölkələrə işləyən azərbaycanlı casuslar AŞKARLANIB
14.12.2017, 10:55

Xarici ölkələrə işləyən azərbaycanlı casuslar AŞKARLANIB

Halal hotellərə qarşı yeni TƏLƏBLƏR - İşçilərin geyimi İslama zidd olmamalıdır
14.12.2017, 10:03

Halal hotellərə qarşı yeni TƏLƏBLƏR - İşçilərin geyimi İslama zidd olmamalıdır

Bir günlük tələbələr: “Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik”
14.12.2017, 09:59

Bir günlük tələbələr: “Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik”

Xudu Məmmədov:
14.12.2017, 09:57

Xudu Məmmədov: "Dünya bildiyinizdən artıq bizim ola bilməz"

Bakı Ali Neft Məktəbində Vüqar Rəhimzadənin 50 illik yubileyi keçirilib
14.12.2017, 09:57

Bakı Ali Neft Məktəbində Vüqar Rəhimzadənin 50 illik yubileyi keçirilib

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.05%)
Araz Ağalarov (18.3%)
Mübariz Mənsimov (22.5%)
Fərhad Əhmədov(18.9%)
Füzuli Məmmədov(37.4%)
Telman İsmayılov (0.17%)
İsgəndər Xəlilov(0.11%)
Vaqif Məmişov(0%)
Heç biri(1.67%)
Digərləri(0.71%)