23 may 2018, Çərşənbə axşamı
Ana Səhifə - TƏHSİL - “Gündəliklər ləğv edilsin, elektron xidmətlərə keçilsin!” - Təhsil ekspertindən maraqlı TƏKLİF  
“Gündəliklər ləğv edilsin, elektron xidmətlərə keçilsin!” - Təhsil ekspertindən maraqlı TƏKLİF  
10.08.2017, 13:16

Gələcəyimiz təhsildən, təhsilimiz isə bir çox vacib amillərlə yanaşı, həm də dərsliklərin və tədris vəsaitlərinin keyfiyyətindən asılıdır. Bu baxımdan məktəbli kitabçalarının da önəmini vurğulamaq lazımdır. Zaman-zaman kitabçalarla bağlı müxtəlif narazılıqların, iradların olduğunu görürük.

Maraqlıdır, məktəbli kitabçalarının standartları əslində necə olmalıdır?

“Bu gün valideynlərin əksəriyyəti məktəbli kitabçalarından istifadə etmirlər”

Təhsil eksperti Kamran Əsədov  Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan orta və ümumtəhsil məktəblərində məktəbli kitabçaları ümumiyyətlə  istifadə olunmamalıdır:

“Bu, elektron xidmətlərlə həyata keçirilməlidir. Bu gün Azərbaycanda demək olar ki, bütün vətəndaşların mobil telefonları var. Artıq elektron jurnallardan istifadə olunur. Şagirdlərin istər dərsə davamiyyəti, istərsə də dərsə cavab verməsi elektron lövhədə qeyd olunmalı və avtomatik olaraq valideynin mobil telefonuna və yaxud elekton poçtuna digər qaynaqlarla birbaşa çatdırılmalıdır.

Təəssüflər olsun ki, bu gün valideynlərimizin böyük əksəriyyəti məktəbli kitabçaları, yəni bizim “gündəlik” dediyimiz vəsaiti istifadə etmirlər. Müəllimlərin bir çoxunun da kitabçalardakı qeydləri qənaətbəxş deyil. Çünki bilirsiniz ki, kurrikulumda qiymətləndirmə yoxdur. Biz artıq, şagirdin istər 5 ballıq, istərsə də 10 ballıq şkalada qiymət aldığına öyrəşmişik.. Lakin şagirdlərin dərsə hazırlığı, davamiyyəti, onların biliklərinin qiymətləndirilməsi elektron lövhələr vasitəsilə həyata keçirilməli və bununla bağlı valideynlər xəbərdar edilməlidir”.

“Məktəbli kitabçası hələ də sovetlərdən qalmış standartlarla formalaşdırılır ”

Ekspert hazırkı məktəbli kitabçalarının düzgün standartlarından  söz açıb:

“Hazırda məktəbli kitabçalarındakı informasiyalar şagirdlərin yaş kateqoriyasına uyğun deyil. Bəzi hallarda reklam materiallarından istifadə olunur. Yaxşı olardı ki, məktəbli kitabçalarında şagirdlərin ilkin tibbi yardımı, bu və ya digər etik davranış qaydaları, qanunvericilik, yol hərəkəti  qaydaları haqqında məlumatlar yerləşdirilsin. Hesab edirəm ki, ümumilikdə dünya təcrübəsindən istifadə etmək lazımdır. Məsələn, İngiltərə və ya Fransada bu məsələ tamam başqa formatda tətbiq olunur. Amma bizdə təəssüflər olsun ki, məktəbli kitabçası hələ də sovetlərdən qalmış standartlar və prinsiplər şəraitində formalaşdırılır və hazırlanır”.

“Elektron lövhələr tətbiq etmək lazımdır”

K.Əsədov yeni tədris ilində elektron lövhələrin tətbiq edilmə ehtimalından da danışıb:

“Bilirsiniz, bəzi məktəblərdə elektron lövhələr istifadəyə verilib, amma həyata keçirilmir. 2011-ci ildən bu günə qədər dövlət büdcəsindən kifayət qədər böyük məbləğdə vəsait ayrılıb ki, elektron jurnallar yaradılsın. Bu çox sadə və qısa müddətdə həyata keçirilməsi mümkün olan proqramdır. Sadəcə olaraq valideynlər məktəblərdə yaradılmış elektron resurslardan qeydiyyatdan keçmirlər. Halbuki, bu cür sistemin tətbiqi vaxt itkisinin minimuma endirilməsinə, kağız daşıyıcılarına mümkün qədər qənaət edilməsinə səbəb olur. Sabah da hər hansı hesabat lazım olanda bütün jurnalı və ya kitabçaları götürüb vərəqləməyə ehtiyac yoxdur.  Nəticə olaraq növbəti tədris ilində elektron lövhələrdən Azərbaycanda fəaliyyət göstərən  4457  ümumtəhsil məktəblərinin hamısında tətbiq olunmalıdır”.

 


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Keçmiş Baş nazirin mənzilindən 30 milyon dollar tapıldı
23.05.2018, 16:19

Keçmiş Baş nazirin mənzilindən 30 milyon dollar tapıldı

Tələbə qəbulunda daha bir YENİLİK   
23.05.2018, 16:18

Tələbə qəbulunda daha bir YENİLİK  

135 nömrəli avtobusda insident - Asayişi pozan şəxs tərksilah edildi
23.05.2018, 16:18

135 nömrəli avtobusda insident - Asayişi pozan şəxs tərksilah edildi

Ali məktəblərdə dərslər başa çatır - Hansı universitet imtahana hazır deyil?..
23.05.2018, 16:12

Ali məktəblərdə dərslər başa çatır - Hansı universitet imtahana hazır deyil?..

“Türk lirəsinin ucuzlaşması Azərbaycana da təsir edəcək”
23.05.2018, 16:04

“Türk lirəsinin ucuzlaşması Azərbaycana da təsir edəcək”

“Veysəloğlu” Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət verir
23.05.2018, 16:04

“Veysəloğlu” Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət verir

Şəhid zabitin atası: “Nəvələrim elə bil atalarının şəhid olduqlarını bilirlər” - FOTO
23.05.2018, 16:02

Şəhid zabitin atası: “Nəvələrim elə bil atalarının şəhid olduqlarını bilirlər” - FOTO

İnsan psixologiyasını məhv edən informasiyadan necə uzaqlaşmalı?
23.05.2018, 15:50

İnsan psixologiyasını məhv edən informasiyadan necə uzaqlaşmalı?

Əli Həsənovdan Rüstəm İbrahimbəyovla bağlı ÇAĞIRIŞ
23.05.2018, 15:39

Əli Həsənovdan Rüstəm İbrahimbəyovla bağlı ÇAĞIRIŞ

Milli Məclis 20 məsələni gündəliyə saldı
23.05.2018, 15:30

Milli Məclis 20 məsələni gündəliyə saldı

I sinfə qəbul üçün müraciət edənlərin sayı açıqlandı
23.05.2018, 15:28

I sinfə qəbul üçün müraciət edənlərin sayı açıqlandı

Türkiyədə 70 hərbçi axtarışa verildi
23.05.2018, 15:26

Türkiyədə 70 hərbçi axtarışa verildi

“BakuBus”dan piyadanın vurulması ilə bağlı AÇIQLAMA
23.05.2018, 15:10

“BakuBus”dan piyadanın vurulması ilə bağlı AÇIQLAMA

Bizi dözülməz istilər gözləyir - Nazirlik rəsmisi: “Yüksək temperatur proqnozlaşdırırıq”
23.05.2018, 14:49

Bizi dözülməz istilər gözləyir - Nazirlik rəsmisi: “Yüksək temperatur proqnozlaşdırırıq”

Dörd ayda Azərbaycana gələn və gedənlərin sayı AÇIQLANDI
23.05.2018, 14:47

Dörd ayda Azərbaycana gələn və gedənlərin sayı AÇIQLANDI

Mədət Quliyevin sinif yoldaşı: “Onun polis olması hamını təəccübləndirdi” - MÜSAHİBƏ
23.05.2018, 14:45

Mədət Quliyevin sinif yoldaşı: “Onun polis olması hamını təəccübləndirdi” - MÜSAHİBƏ

Paşinyanın yeni təyinatları Moskvanın narazılığına səbəb olub
23.05.2018, 14:38

Paşinyanın yeni təyinatları Moskvanın narazılığına səbəb olub

Özünü təlimçi kimi sınamaq istəyən təqaüdçülərin nəzərinə!
23.05.2018, 14:20

Özünü təlimçi kimi sınamaq istəyən təqaüdçülərin nəzərinə!

Sumqayıtda avtomobil qaçıran şəxsin başqa cinayəti üzə çıxdı
23.05.2018, 14:19

Sumqayıtda avtomobil qaçıran şəxsin başqa cinayəti üzə çıxdı

Binəqədi-Xırdalan yolunda hərəkət məhdudlaşdırılır
23.05.2018, 14:16

Binəqədi-Xırdalan yolunda hərəkət məhdudlaşdırılır

İftar süfrəsinə “Coca-Cola” qoymaq haramdır?..   
23.05.2018, 13:56

İftar süfrəsinə “Coca-Cola” qoymaq haramdır?..  

ADU-nun kitabxanası yapon dilində kitablarla təchiz olunub
23.05.2018, 13:55

ADU-nun kitabxanası yapon dilində kitablarla təchiz olunub

UNEC iddialara cavab verdi - FOTOLAR
23.05.2018, 13:50

UNEC iddialara cavab verdi - FOTOLAR

Universitetlərin nəzdində  kolleclər açılacaq - Təhsildə YENİLİK   
23.05.2018, 13:48

Universitetlərin nəzdində  kolleclər açılacaq - Təhsildə YENİLİK  

Sabah hava necə olacaq? - PROQNOZ   
23.05.2018, 13:39

Sabah hava necə olacaq? - PROQNOZ  

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ edildi
23.05.2018, 13:37

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ edildi

ŞAH və... MAT
23.05.2018, 13:35

ŞAH və... MAT

Paşinyan vətəndaşlara müraciət etdi: “Aksiyalara son verin”
23.05.2018, 13:34

Paşinyan vətəndaşlara müraciət etdi: “Aksiyalara son verin”

“Cavid Qurbanov həqiqəti deyir - Nazirləri tərifləməklə məşğul olmamalıyıq” - MÜSAHİBƏ
23.05.2018, 13:31

“Cavid Qurbanov həqiqəti deyir - Nazirləri tərifləməklə məşğul olmamalıyıq” - MÜSAHİBƏ

Zakir Həsənov NATO generalları ilə müzakirə apardı
23.05.2018, 13:22

Zakir Həsənov NATO generalları ilə müzakirə apardı

Oğuzda  qadın itkin düşüb - FOTO   
23.05.2018, 13:06

Oğuzda  qadın itkin düşüb - FOTO  

Nəsimi rayonunda banka basqın edən şəxs tutulub
23.05.2018, 12:41

Nəsimi rayonunda banka basqın edən şəxs tutulub

“İnternetdən istifadə ilə bağlı tədbirlər görülməlidir” – DİN rəsmisi
23.05.2018, 12:38

İnternetdən istifadə ilə bağlı tədbirlər görülməlidir” – DİN rəsmisi

Azyaşlıya kəbin kəsən bəzi din xadimləri cinayət məsuliyyətinə cəlb olunub
23.05.2018, 12:38

Azyaşlıya kəbin kəsən bəzi din xadimləri cinayət məsuliyyətinə cəlb olunub

Növbədənkənar iclasın vaxtı məlum oldu
23.05.2018, 12:38

Növbədənkənar iclasın vaxtı məlum oldu

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (19.5%)
Meral Akşener (13.0%)
Rəcəb Tayyip Ərdoğan (60.9%)
Selahattin Demirtaş (1.62%)
Temel Karamollaoğlu (0.81%)
Doğu Perinçek (4.06%)