Modern.az

Xəstəliyi tapılan azərbaycanlı müğənni bu hala qaldı - FOTO

Xəstəliyi tapılan azərbaycanlı müğənni bu hala qaldı - FOTO

Mədəni̇yyət

10 Avqust 2017, 13:21

“Faytonçu” ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari sosial şəbəkədə yeni şəklini paylaşıb. Modern.az-ın  lent.az-a istinadən verdiyi məlumata görə, ifaçının çox arıqladığı diqqətdən qaçmayıb.

 

Məsələ ilə bağlı müğənni bildirib ki, o uzun müddətdir xəstəliklə mübarizə aparır: “Hazırda İstanbuldayam. İlk əməliyyatım Bakıda oldu. Yaxşı olmadı. Daha sonra İstanbula gəldim. Burada əməliyyatla öd kisəmi götürdülər. Xeyli arıqlamağım əbəs yerə deyil. Kim mənim kimi 4 dəfə narkoz alsa, bu qədər arıqlayardı. İndi özümü yaxşı hiss edirəm”.

 

Qeyd edək ki, N.Pişyarı xeyli müddət idi ki, sosial şəbəkədə yeni şəkillərini paylaşmırdı. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı