Modern.az

Türkmənistan Azərbaycanın yeni strateji tərəfdaşı kimi...

Türkmənistan Azərbaycanın yeni strateji tərəfdaşı kimi...

Aktual

10 Avqust 2017, 13:36

Türkmənistan Azərbaycanın Türkiyə və Qazaxıstan və Özbəkistandan sonra ən sıx əməkdaşlıq etdiyi türk respublikası sayılır.

 

Hazırki prezident Qurbanqulu Berdıməhəmmədovun Azərbaycan 2 günlük səfəri bu fonda iki ölkə arasında münasibətlərin yüksək xətlə inkişafından xəbər verir. İki ölkə başçısının görüşdən sonra verdikləri açıqlamalar da Aşqabad və Bakı arasında etibarlı tərəfdaşlıq münasibətlərinin olduğun deyib.

 

Prezident İlham Əliyev vurğulayıb ki, imzalanan sənədlər arasında Birgə Bəyannamə xüsusi yer tutduğu açıqlamışdı:

"Bu, strateji tərəfdaşlıq haqqında imzalanan Bəyannamədir. Yəni, bu, əlaqələrin ən yüksək səviyyəsidir. Bu gün Türkmənistan və Azərbaycan artıq strateji tərəfdaşlardır. Bu Bəyannamədə gələcək birgə fəaliyyətimizin demək olar ki, bütün istiqamətləri müəyyən edilib, həm siyasi, həm iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat, energetika, təhlükəsizlik məsələləri öz əksini tapıb. Bəyannamədə hər iki tərəf bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirmişdir”.

 

Prezident İlham Əliyev Türkmənistanla Azərbaycan arasında əsas danışıqlar mövzusunun nəqliyyat daşımaların olduğnu da vurğulayıb. Xatırladaq ki, Çindən Tükmənistana və Azərbaycana qədər uzanacaq Böyük İpək Yolu layihəsi bu baxımdan ikitərəfli danışıqlarda önəmli yer tutur. Paralel olaraq, Cənub Qaz Dəhlizi çərçivəsində türkmən qazının Azərbaycan la vasitəsilə Türkiyəyə və Avropaya satışı da danışıqların müzakirə mövzusu olub.

 

Hər iki nəhəng layihənin gerçəkləşməsi Azərbaycana çoxmilyardlı gəlir gətirəcək və ölkənin gələcək inkişafında vacib rol oynayacaq.

“Bu gün danışıqların böyük hissəsi nəqliyyat məsələlərinə həsr edilib. Həm Türkmənistanda, həm Azərbaycanda yeni dəniz ticarət limanları tikilir və yaxın zamanlarda istifadəyə veriləcək. Bu, yük daşımalarının həcminin artırılmasına gətirib çıxaracaq. Eyni zamanda, bu gün müzakirə edilən mövzulardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun inşasıdır. Bu yol həm Türkmənistanın, həm Azərbaycanın tranzit imkanlarını böyük dərəcədə artıracaq”.

 

Prezidentin çıxışındakı əsas məqamlardan biri münasibətlərdəki yaxınlaşmanın 2008-ci ildən başlanması ilə əlaqədar olub.

“Bizim uğurlu əməkdaşlığımızın tarixi hadisəsi 2008-ci ildə baş vermişdir. Həmin ilin may ayında ilk dəfə olaraq Türkmənistan Prezidenti Azərbaycana səfər etmişdir və ondan bir neçə ay sonra - 2008-ci ilin noyabr ayında mən Türkmənistana səfər etmişdim. O səfərlər dönüş nöqtəsi idi. O səfərlərdən sonra geniş əməkdaşlıq formatı formalaşdı, yaradıldı və biz bu gün onun gözəl bəhrəsini görürük”.

 

Doğurdan da, 2008-ci ilə qədər iki ölkə arasında əməkdaşlıq istənilən səviyyədə deyildi. İkitərəfli diplomatik münasibətlər 1992-ci ilin iyununda qurulmasına baxmayaraq 90-cı illərdə prezident Saparmurat Niyazovun dövründə Xəzərdə yerləşən “Kəpəz” neft yatağı ilə bağlı iki ölkə arasında diplomatik gərginliklər yaranırdı. Hətta 2001-ci ildə Türkmənistanın Bakıdakı səfirliyi fəaliyyətini dondurmuş və yalnız 2008-ci ildə İlham Əliyev və Qurbanqulu Berdıməhəmmədovun qarşılıqlı səfərlərindən sonra bərpa olunmuşdu.

 

Görünən odur ki, iki ölkə arasında əməkdaşlıq həm Azərbaycan, həm də Türkmənistana ciddi iqtisadi və siyasi dividendlər gətirir. Şərqlə Qərbi birləşdirəcək vacib nəqliyyat xəttinin üzərində yerləşən ölkələr yaxın onilliklər boyu tranzit ölkələr kimi ciddi maliyyə əldə edə biləcək. Beynəlxalq təşkilatlarda bir-birinə veriləcək qarşlıqlı dəstək isə qarşlıqlı etimadı daha da möhkəmləndirəcək.

Bu fonda prezidentinlərin strateji tərəfdaşlıq haqda bəyannaməni imzalaması Bakı ilə Aşqabad arasında münasibətləri yeni inkişafa aparacaq.

 

Vüqar İSMAYILOV

  

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı