Modern.az

Türkiyə Fransadakı silahlı hücumu pislədi

Türkiyə Fransadakı silahlı hücumu pislədi

10 Avqust 2017, 20:58

Türkiyə Xarici İşlər Nazirliyi Fransanın paytaxtı Parisin Levallois-Perret səmtində yaşanan silahlı hücumu qınayan bəyanat yayıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazirliyin bəyanatında olay zamanı yaralananlara təcili şəfalar arzu edilib: "Parisin Levallois-Perret ərazisində 6 hərbçininin yaralanması ilə nəticələnən olaydan dərin kədər hissi keçirdik. Fransız xalqının dincliyini pozmağı hədəfləyən bu hücumu sərt şəkildə qınayırıq”.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?