Modern.az

ABŞ Bin Ladenin başına ayırdıqı 25 milyon dolları verməkdən imtina edib

ABŞ Bin Ladenin başına ayırdıqı 25 milyon dolları verməkdən imtina edib

İqtisadiyyat

20 May 2011, 16:47

ABŞ hakimiyyəti Usəma Bin Ladenin ələ keçirilməsi üçün mükafat olaraq ayırdığı 25 milyon dolları heç kimə verməyəcək. Modern.az “Qazeta.ru”ya istinadən yazır ki, ABŞ hökümət rəsmilərindən biri açıqlamasında bildirib ki, baş terrorçu informator tərəfindən deyil, elektron kəşfiyyatın köməyi ilə ələ keçib. “Ona görə, hesab etmirik ki, kimsə mükafat alacaq”.

Ağ Evin mətbuat katibi Cey Kerni bildirib ki, Bin Laden haqqında bəzi məlumatları Quantanamodakı əsirlərdən alıblar. Onun sözlərinə görə, buna baxmayaraq ABŞ həmin adamlara və hərbçilərə hər hansı bir mükafat verməyəcək.

Qeyd edək ki, “Əl-Qaidə” rəhbəri elektron nəzarətdə olan bir köməkçisinin səhvi üzündən ələ keçib. 11 sentyabr terror aktından sonra ABŞ höküməti Bin Ladenin başı üçün 25 milyon dollar mükafat təyin etmişdi. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi