Modern.az

Türkiyəni təmsil edən azərbaycanlı dünya çempionu oldu

Türkiyəni təmsil edən azərbaycanlı dünya çempionu oldu

Ölkə

11 Avqust 2017, 09:07

Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatının qalibi olub.

Modern.az xəbər verir ki, 200 metr məsafəyə qaçışda Ramil Quliyev finişə birinci çatmaqla dünya çempionu adını qazanıb. O, finişə 20.09 saniyəyə çatıb.

Dünya çempionu olan həmyerlimiz bu zəfərini Azərbaycan və Türkiyə bayrağı ilə qeyd edib

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır