Modern.az

Eldar Sultanova ağır itki üz verib  

Eldar Sultanova ağır itki üz verib   

11 Avqust 2017, 10:27

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova ağır itki üz verib. Modern.az saytının məlumatına görə, Eldar Sultanovun bacısı oğlu Ramil vəfat edib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Ramil Əliyevin ölümü Abşeronda baş verən yol qəzası ilə bağlıdır.

Belə ki, avqustun 10-da saat 10:00 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yerli sakin Vüqar Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə yol kənarında duran Sumqayıt şəhər sakini Ramil Əliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.
 
Qəzada dünyasını dəyişən Ramil Əliyev Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun bacısı oğludur.

Allah rəhmət eləsin...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir