Modern.az

Qanunsuz ağaca kəsdiyi üçün 2450 manat cərimələndi

Qanunsuz ağaca kəsdiyi üçün 2450 manat cərimələndi

11 Avqust 2017, 11:09

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Lənkəran, Lerik, Yardımlı, Masallı, Astara, Cəlilabad) ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib. 

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, keçirilən reyd zamanı Lənkəran rayonu Aşağı Nüvədi bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 24-40 sm diametrdə yaş köküstə 8 söyüd ağacının kəsildiyi aşkar olunub.

 

Araşdırmazamanıağacların Aşağı Nüvədi qəsəbə sakini Ramik Bağırov tərəfindən kəsildiyi müəyyənedilib.Faktla bağlı akt tərtib olunubvə  qanun pozucusuna2450 manatməbləğində ziyan tətbiq edilib.

 

Qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və R.Bağırovbarəsindəqanunamüvafiq tədbirin görülməsi üçünLənkəran şəhər  Prokurorluğuna  göndərilib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir