20 avqust 2017, Bazar
Ana Səhifə - İQTİSADİYYAT - Kərə yağı istehsalı azalır - Nazirlik “belə də olmalıdır” deyir
Kərə yağı istehsalı azalır - Nazirlik “belə də olmalıdır” deyir
11.08.2017, 11:36

Azərbaycanda ot və yem məhsulları bahalaşdığından fermerlərin süd istehsalına marağı azalıb. Elə bu səbəbdəndir ki, ölkəyə süd idxalı kəskin artıb. Belə ki, 2016-ci ilin ilk 6 ayı ərzində respublikaya 3,425.79 dollarlıq 2,306.97 ton süd idxal olunduğu halda, 2017-ci ilin ilk 6 ayı ərzində 5,814.76 dollarlıq 3,656.99 ton süd gətirilib. Yerli süd istehsalı azaldığından kərə yağının istehsalı da aşağı düşüb. 2016-cı ilin ilk 6 ayı ərzində ölkəyə  27,570.32 dollarlıq 7,801.71 ton kərə yağı idxal olunub.

Bu ilin analoji dövründə isə 32,688.14 dollarlıq 7,767.35 ton kərə idxal edilib. Mütəxəssislər istehsalın getdikcə azalacağını, süd və süd məhsullarının, o cümlədən kərə yağının qiymətinin bahalaşacağını proqnozlaşdırırlar.

 

Qida rasionu normalarına görə, gün ərzində hər kəs 12,8 qram kərə yağı istehlak edir. Bitki yağında bu göstərici 22,1 qram, marqarində isə 5,8 qramdır. Respublika üzrə ildə 52 min tona qədər kərə yağı istehsal olunur. Mütəxəssislər bildirir ki, bir kiloqram kərə yağı istehsalı üçün 22 litr süd lazımdır. Ona görə də kərə yağı istehsalının artırılması əlverişli hesab olunmur.

 

“Kərə yağının istehsalının azalmasından söhbət belə gedə bilməz”

 

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Qalib Abduləliyev Modern.az-a deyib ki, Azərbaycanda kərə yağının istehsalnın azalmasından söhbət gedə bilməz:

 

“Bildiyiniz kimi yağın istehsalı üçün xammal süddür. Ölkəmizdə 2015-ci ildə 1924, 4 min ton, 2016-cı ildə 2009,9 min ton süd istehsal edilib. İstehsalın bir il ərzində 4. 4 faiz artımı çox böyük irəliləyişdir. Son dövrlərdə mətbəximizdə heyvan mənşəli yağlara meyllilik azalıb. Əhali daha çox bitki mənşəli yağlara üstünlük verir. Ancaq kərə yağı öz aktuallığını yenə də saxlayır. Azərbaycanın kərə yağı ilə özünü təmin etmək səviyyəsi 70 faizdən yüksəkdir. Bu rəqəm ilbəil 8 faiz ətrafında artır. Süd məhsulu artırsa, deməli kərə yağı istehsalı da artır. Amma nə qədər kərə yağı istehsal olunması bazarın tələbindən asılıdır”.

Biz özümüzü 70 faiz yağla təmin etsək belə, xaricdən idxal olacaq. Çünki bu, istehlakçıların tələbindən asılıdır”.

 

Süd istehsalı artıbsa...

 

Nazirlik rəsmisi bildirib ki, süd fabriklərimiz “Milla”, “Milk-PRO”, “Atena” yerli kərə yağı istehsal edir:

 

“Bizim əsas hədəfimiz süd istehsalının artımına nail olmaqdır. Süd varsa kərə yağı da, kəsmik də, xama da, yoqurt da istehsal olunacaq”.

 

“Bazardakı yağların 60 faizi kərə yağı deyil”

 

“Azad İstehlakçılar Birliyinin” sədri Eyyub Hüseynov Modern.az-a deyib ki, kərə yağının istehsalı və keyfiyyəti ilə bağlı mütəmadi olaraq şikayətlər alır:

 

“Onlar əridilən kərə yağının suyunun çox olduğunu, hazırlanan yeməklərdən xoşagəlməz dad və qoxu gəldiyini bildirirlər. Ölkədə kərə yağını yaxşı analiz edən tədqiqat aparılmayıb. Bazarda təxminən 30 növə qədər kərə yağı satılır. Bitki yağlarında olduğu kimi, kərə yağı bazarı da çirklənib. İstehlakçıların çoxsaylı zənglərinə görə iki il əvvəl Yeni Zelandiyada keçirilən dünya konqresində iştirak etdim. Azərbaycana göndərilən kərə yağlarının istehsal edildiyi zavodda, fermer təsərrüfatlarında oldum. Orada inəklər açıq otlaqlarda otlayır, steril şəraitdə süd sağılır.

 

Heç bir qatqı qarışdırılmadığını gözümlə gördüm. Bundan sonra həmin ölkədən gələn yağların keyfiyyətinə inamım artdı. Lakin bununla bərabər, Azərbaycanın əmtəə bazarında Yeni Zelandiyadan başqa yağlar da satılır. Yağların 60 faizə qədəri təmiz kərə yağı deyil, bitki və marqarin yağlarının qarışıqlardır”.

 

Kərə yağını necə müəyyən edək?

 

Hüquq müdafiəçisi əsl kərə yağını müəyyən etməyin yollarını da açıqlayıb:

“Kərə yağını əlinizdə sıxın. Əgər soyuq temperaturda çox bərkdirsə, yaxud bıçaq vurulduğu zaman ovulursa, bu, təmiz kərə yağıdır.

 

Qarışıq kərə yağları rahat şəkildə, ovulmadan kəsilir. Yəni yerdə qalan yağlar orqanizm üçün tam zərərlidir demək doğru deyil. Sadəcə istehlakçı aldığı yağın tərkibini bilməlidir. Əgər qatqı varsa, mütləq yağın üzərində qeyd edilməlidir. Təmiz kərə yağı açıq sümük rəngində olmalıdır.

Əgər eyni tavaya kərə yağı və digər yağı atsanız görərsiniz ki, kərə yağının ərimə temperaturu insan bədəni temperaturundadır.

Ona görə də digər yağlara nisbətən tez əriyir. Yeni Zelandiyada olarkən qiymət məsələsinə toxundum. Məlum oldu ki, Azərbaycana kərə yağı göndərən zavod 1 sutkada 3, 5 milyon litr süd emal edir. Ölkənin kərə yağından olan gəliri 12 milyard dollardır. İstehsal böyük miqdarda olduğu üçün idxal əlverişlidir.

 

Hazırda “Azad İstehlakçılar Birliyi” xaricdən yeni bir avadanlıq əldə etmək üzrədir. Kərə yağlarının tərkibini araşdırmaq üçün analizlər edəcəyik. Bu məsələlər bizim diqqətimizdədir”.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakıda avtobus sürücüsünə tapança çəkənin adı məlum oldu - VİDEO
20.08.2017, 00:56

Bakıda avtobus sürücüsünə tapança çəkənin adı məlum oldu - VİDEO

Dahilər qadınlar haqqında:  “Onlara bunu söyləyin ki, qapılar üzünüzə açılsın”
20.08.2017, 00:44

Dahilər qadınlar haqqında:  “Onlara bunu söyləyin ki, qapılar üzünüzə açılsın”

Mingəçevirdə sərnişin mikroavtobusu qəzaya uğrayıb
20.08.2017, 00:28

Mingəçevirdə sərnişin mikroavtobusu qəzaya uğrayıb

Barselonada terrorçuluğa qarşı aksiya başlayıb
20.08.2017, 00:15

Barselonada terrorçuluğa qarşı aksiya başlayıb

Türkiyədə 2 İŞİD üzvü saxlanılıb
19.08.2017, 23:58

Türkiyədə 2 İŞİD üzvü saxlanılıb

Sabahdan metronun “Sahil” stansiyası işləməyəcək
19.08.2017, 23:42

Sabahdan metronun “Sahil” stansiyası işləməyəcək

Bəzi ərzaqlar ucuzlaşıb
19.08.2017, 23:17

Bəzi ərzaqlar ucuzlaşıb

19.08.2017, 22:59

"Mülki insanların hədəfə çevrilməsindən ən çox əziyyət çəkən dövlətlərdən biriyik" - Hikmət Hacıyev

IV Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu Batumidə keçiriləcək
19.08.2017, 22:44

IV Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu Batumidə keçiriləcək

Rusiya paytaxtının dəyişdirilməsi təklif olunur
19.08.2017, 22:28

Rusiya paytaxtının dəyişdirilməsi təklif olunur

"Qarabağ" yaşıl meydanı qələbə ilə tərk edib
19.08.2017, 22:10

"Qarabağ" yaşıl meydanı qələbə ilə tərk edib

"Kənd təsərrüfatı məhsullarının ixracı 40 faiz artıb" - İlham Əliyev
19.08.2017, 21:56

"Kənd təsərrüfatı məhsullarının ixracı 40 faiz artıb" - İlham Əliyev

Bakıda qadının aldığı ev başqasına satılıb - VİDEO
19.08.2017, 21:29

Bakıda qadının aldığı ev başqasına satılıb - VİDEO

ABŞ-ın ən böyük enerji şirkəti satılıb
19.08.2017, 21:11

ABŞ-ın ən böyük enerji şirkəti satılıb

Bu təbii vasitədən sonra POTENSİA ZƏİFLİYİNDƏN ŞİKAYƏTLƏNMƏYƏCƏKSİNİZ
19.08.2017, 20:56

Bu təbii vasitədən sonra POTENSİA ZƏİFLİYİNDƏN ŞİKAYƏTLƏNMƏYƏCƏKSİNİZ

Türk əsilli Almaniya vətəndaşı olan yazıçı həbs edilib
19.08.2017, 20:36

Türk əsilli Almaniya vətəndaşı olan yazıçı həbs edilib

Balakəndə çayda boğulan gəncin meyiti tapılıb
19.08.2017, 20:16

Balakəndə çayda boğulan gəncin meyiti tapılıb

Hindistanda qatar relsdən çıxdı: 10 ölü, 150 yaralı
19.08.2017, 20:02

Hindistanda qatar relsdən çıxdı: 10 ölü, 150 yaralı

Avstraliyada avtomobili kütlənin üzərinə sürüblər: 7 yaralı
19.08.2017, 19:50

Avstraliyada avtomobili kütlənin üzərinə sürüblər: 7 yaralı

Surtqutdakı silahlı hücumu İŞİD edib
19.08.2017, 17:51

Surtqutdakı silahlı hücumu İŞİD edib

Yaponiyada 9 nəfəri ildırım vurub
19.08.2017, 17:43

Yaponiyada 9 nəfəri ildırım vurub

İlham Əliyev Samuxa getdi
19.08.2017, 17:33

İlham Əliyev Samuxa getdi

Ermənistanda ağır qəza – 2 ölü, 7 yaralı
19.08.2017, 17:29

Ermənistanda ağır qəza – 2 ölü, 7 yaralı

Prezident respublika Süni Mayalanma Mərkəzinin açılışında - YENİLƏNİB
19.08.2017, 17:02

Prezident respublika Süni Mayalanma Mərkəzinin açılışında - YENİLƏNİB

Cümhuriyyətə intellektuallıq gətirən ilk “avropalı” ziyalılarımız- “AXC-100”
19.08.2017, 16:39

Cümhuriyyətə intellektuallıq gətirən ilk “avropalı” ziyalılarımız- “AXC-100”

İqtidar-müxalifət görüşü olmayacaq - AÇIQLAMA
19.08.2017, 16:35

İqtidar-müxalifət görüşü olmayacaq - AÇIQLAMA

Çaylarda vəziyyət necədir?
19.08.2017, 16:30

Çaylarda vəziyyət necədir?

Qubada 4 otaqlı ev yandı
19.08.2017, 16:19

Qubada 4 otaqlı ev yandı

Suriyada daha bir terror - ölənlər var
19.08.2017, 16:08

Suriyada daha bir terror - ölənlər var

“Atamın büstü sovet dövründə qoyulub, qızıl suyuna da salınmayıb” - Deputatdan AÇIQLAMA
19.08.2017, 15:45

“Atamın büstü sovet dövründə qoyulub, qızıl suyuna da salınmayıb” - Deputatdan AÇIQLAMA

İsveç 106 yaşlı miqrantı ölkədən çıxarır
19.08.2017, 15:30

İsveç 106 yaşlı miqrantı ölkədən çıxarır

Göygöldə “Çiçəkli” Su Elektrik Stansiyası istismara verilib
19.08.2017, 15:25

Göygöldə “Çiçəkli” Su Elektrik Stansiyası istismara verilib

İlham Əliyev Göygöldə uşaq bağçasının açılışında - YENİLƏNİB
19.08.2017, 15:20

İlham Əliyev Göygöldə uşaq bağçasının açılışında - YENİLƏNİB

“Bağçalar Təhsil Nazirliyinə qaytarılmalı, ayrıca bir komitə yaradılmalıdır” - Özəl bağçaları kim yoxlayır? 
19.08.2017, 14:45

“Bağçalar Təhsil Nazirliyinə qaytarılmalı, ayrıca bir komitə yaradılmalıdır” - Özəl bağçaları kim yoxlayır? 

Prezident Salyan üçün 11.8 milyon manat pul ayırdı
19.08.2017, 14:36

Prezident Salyan üçün 11.8 milyon manat pul ayırdı

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(48.9%)
SOCAR-dan(6.12%)
Lukoil-dan(17.3%)
Bunların heç birindən - başqasından(27.5%)