Modern.az

Amerikalı həmsədrdən ÇAĞIRIŞ: “Snayperlər təmas xəttindən geri çəkilməlidir “

Amerikalı həmsədrdən ÇAĞIRIŞ: “Snayperlər təmas xəttindən geri çəkilməlidir “

Dünya

11 Avqust 2017, 12:00

“Hazırki çətin şəriatdə təmas xəttinin tam demilitarizasiyasından danışmaq çətindir”.

 

Modern.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland "Amerikanın Səsi" radiosunun Azərbaycan və erməni dili versiyalarına açıqlamasında deyib.

“İki silahlı tərəf bir-biri ilə qarşı-qarşıyadırsa, hərbi toqquşma ehtimalı həmişə var. Buna görə ilk növbədə təmas xəttindən snayperləri çıxarmaq, müşahidəçilərin sayını artırmaq və ərazidə xüsusi avadanlıq yerləşdirmək lazımdır”.

 

Hoqland Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çərçivə sənədinin olduğnu deyib lakin tam kompromisin əldə olunması üçün çox iş görülməli olduğunu əlavə edib. 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!