Modern.az

Dünyanın ən sürətli ağdərili sprinteri  - Ramil Quliyev

Dünyanın ən sürətli ağdərili sprinteri  - Ramil Quliyev

11 Avqust 2017, 13:14

Dünya atletika tarixində 100 metr məsafəyə qaçışda yalnız 2 ağdərili atlet 100 metr məsafəni 10 saniyədən tez qaçıblar.

 

Modern.az xəbər verir ki, ilk dəfə bu uğura fransalı sprinter Kristof Lemetr nail olub. 2010-cu ildə Valans şəhərində keçirilən turnirdə o 100 metr məsafəni 9,98 saniyəyə qaçmışdı.

1 il sonra isə Albidə keçirilən Fransa çempionatında o nəticəsini daha da yaxşılaşdıraraq 9,92 saniyəyə finişi keçmişdi.

 

7 il sonra 2016-cı il iyulun 6-da Türkiyəni təmsil edən azərbaycanlı sprinter Ramil Quliyev 100 metr məsafəni 9,97 saniyəyə qaçaraq bu məsafəni 100 metrdən tez qət edən 2-ci ağdərili kimi tarixə düşmüşdü.

Ötən gün isə o, daha bir uğura imza ataraq Londonda 200 metr məsafədə qızıl medal qazanıb. Sonuncu dəfə bu məsafədə qızıl medalı qazanan ağdərili 2001-ci ildə Kostas Kenteris olub.

 

Vüqar İSMAYILOV  

 

 

   

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?