Modern.az

Tramp Şimali Koreyanı müharibə ilə hədələdi

Tramp Şimali Koreyanı müharibə ilə hədələdi

11 Avqust 2017, 17:11

ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın “məntiqsiz” addımlarına qarşı cavab addımları atacaqlarını deyib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp hərbçilərin Pxenyan rejiminə qarşı tam hazırlıqda olduğunu xatırladıb.

“Hərbçilər Şimali Koreyanın məntiqsiz addımlarına qarşı tam hazırdılar. Ümid edirəm ki, Kim Çen In başqa yol seçəcək”.

 

Xatırladaq ki, son həftələrdə ABŞ və Şimali Koreya arasında münasibətlər kəskinləşib.

 

Vüqar İSMAYILOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi