Modern.az

Misirdəki qatar qəzası qurbanlarının sayı artır: 36 ölü, 120 yaralı, Yenilənib

Misirdəki qatar qəzası qurbanlarının sayı artır: 36 ölü, 120 yaralı, Yenilənib

11 Avqust 2017, 20:16

Misirdə iki sərnişin qatarının toqquşması zamanı ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 36 nəfər ölüb, 120 nəfər xəsarət alıb.

Misir Səhiyyə nazirliyinin məlumatına görə, qəza İsgəndəriyyə şəhəri yaxınlığında qeydə alınıb. Qahirə-İsgəndəriyyə marşrutu üzrə hərəkət edən qatar Port Səid şəhərindən qatarla toqquşub. Hadisə nəticəsində bir neçə vaqon relsdən çıxaraq aşıb. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.

 

18:11

 

Misirin İsgəndəriyyə şəhəri yaxınlığında iki qatar toqquşub.

 

Modern.az-ın məlumatına görə, bir neçə nəfər həlak olub, onlarla sərnişin xəsarət alıb.

 

İtkilər və xəsarət alanların dəqiq sayı barədə məlumat verilməyib.

Qatarların hansı səbəbdən toqquşması səbəbi məlum deyil. Hadisə ilə bağlı adarşdırma başlayıb.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər