Modern.az

Çin dəvələrə görə mədən işini dayandırır

Çin dəvələrə görə mədən işini dayandırır

11 Avqust 2017, 20:30

Çin hökuməti ölkədə nəsli kəsilməkdə olan ikihürgüclü dəvələrin qorunması məqsədilə Sintzyan-Uyğur muxtar rayonunda 145 qızıl və dəmir filiz mədənlərini bağlamaq qərarına gəlib. Modern.az "Trend"ə istinadən xəbər verir ki, artıq 130 mədən fəaliyyətini dayandırıb. Daha 15 mədən isə lisenziya müddəti başa çatdıqdan sonra fəaliyyətini dayandıracaq.

Çin hökuməti 2020-ci ilədək Lobnor təbii qoruğunda bütün hasilat işlərini dayandırmağı nəzərdə tutur.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır