Modern.az

ABŞ Əfqanıstana 76 milyard dollar ayırıb

ABŞ Əfqanıstana 76 milyard dollar ayırıb

11 Avqust 2017, 20:43

Son 25 ildə ABŞ Əfqanıstanın təhlükəsizlik qüvvələrinə dəstək proqramı çərçivəsində 76 milyard dollar vəsait ayırıb. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Hesablama Palatasının hesabatında bildirilib.

Məlumata görə, vəsait əsasən 600 min odlu silahın, 76 min nəqliyyat vasitəsinin, 208 helikopterin alınmasına xərclənib. Bundan başqa, Əfqanıstan hərbçilərinə partlayıcı qurğuların zərərsizləşdirilməsi üçün 30 min cihaz, 16 min kəşfiyyat aparatı, o cümlədən pilotsuz uçuş aparatları verilib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?