Modern.az

Futbol mövsümünə start verildi: \"Qarabağ\" qazandı, Yenilənib

Futbol mövsümünə start verildi: \

11 Avqust 2017, 23:04

Azərbaycanda futbol üzrə 2017/18 mövsümünün ilk oyunu yekunlaşıb. Modern.az xəbər verir ki, olk matçda “Neftçi” və “Qarabağ” komandaları qarşılaşıb. Oyun “Qarabağ”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

21:13

 

Azərbaycanda futbol üzrə 2017/18 mövsümünə start verilib. Modern.az xəbər verir ki, Premyer Liqanın ilk turunun açılış oyununda “Neftçi” və “Qarabağ” üz-üzə gəlir.

“Bakcell Arena”da baş tutan və saat 21:00-da başlayan matçın start fitindən əvvəl dövlət himni səslənib.

Artıq oyunun 14-cü dəqiqəsində "Qarabağ"ın oyunçusu Mahir Mədətov hesabı açıb.

Qeyd edək ki, ilk turun oyunları 3 günü əhatə edəcək. “İnter” – “Qəbələ” matçı avqustun 12-ə təyin edilib. “Sumqayıt” – “Kəpəz” və “Zirə” – “Səbail” qarşılaşmaları isə bazar günü keçiriləcək.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi