Modern.az

"Şimali Koreya ilə ABŞ problemi hərbi yolla həll edilə bilməz" - Merkel

"Şimali Koreya ilə ABŞ problemi hərbi yolla həll edilə bilməz" - Merkel

11 Avqust 2017, 21:53

"Şimali Koreya ilə ABŞ arasında yaşanan gərginlik hərbi yollarla həll edilə bilməz. Mən inanıram ki, bu problem hərbi yolla həll edilməyəcək". Modern.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel bildirib.

Angela Merkel böhranın diplomatik yollarla həll ediləcəyinə inandığını bildirib: "BMT Təhlükəsizlik Şurasında göstərdiyimiz cəhdlərlə bu böhran həll edilə bilər”.

Qeyd edək ki, son dövrlər Şimali Koreyanın ardıcıl ballistik raket sınaqları həyata keçirməsi Vaşinqtonla Pxenyan arasında ciddi gərginliyə səbəb olub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir