Modern.az

Fırtına İtaliyanı məhv etdi

Fırtına İtaliyanı məhv etdi

11 Avqust 2017, 22:16

Güclü yağış və fırtına İtaliyaya ciddi ziyan vurub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, daha çox ziyan çəkən isə ölkənin şimalında yerləşən Venesiya və Jesolo şəhərləri olub. Təbii fəlakət nəticəsində 50 nəfər yaralanıb. Belə ki, yağış və fırtına xüsusilə turistlərin düşərgə salmaq üçün getdikləri “Cavallino Treporti” bölgəsinə daha çox təsir göstərib. Güclü külək ətrafdakı ağacları, elektrik, telefon dirəklərini aşırıb.

Yerli səlahiyyətlilər ölüm hadisəsinin olmadığını bildiriblər.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir